Fazil Mustafanın "Dirilən adamın düşüncələri" adlı bu kitabı ənənəvi baxışların bir çoxunu yenidən tənqidi-realist metodla şərh edən düşüncəyə və düşünməyə çağırışdır.
Dinləyən, qulaq asan, eşidən, duyan hər bir azərbaycanlı üçün razılaşmasa da, burada anlayacağı, üzərində düşünəcəyi xeyli məqamlar var. Yaşadığımız dünyada bu düşüncə dəyişikliyinə sağlam yanaşmayan bir cəmiyyətin qaranlıq dünyaya doğru geriləməsi qaçılmazdır. Türkmənçaydan geriyə və Türkmənçaydan irəliyə yalnız iki seçənəyi olan cəmiyyətin mühakimə tərzinin yanlışlığı və doğruluğu burada qarşı-qarşıya qoyulur.
Seçim sizindir. Bizim seçdiyimiz isə bu mətndir.
ISBN:
9789952386479
Janr:
Tarix
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Fazil Mustafa
Səhifə sayı:
512
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 7
Baş qəhrəman ölüm və dirilmə anları arasında qaldır. O, daxilində vicdan əzabı çəkir və iç dünyasında münaqişələr gedir. Oxucunu düşündürən bu əsər, həyatda keçmişi və gələcəyi ilə barışmaq istəyənlərə daha maralı olar məncə. Mənə olduqca maraqlı gəldi.
Kitab məni mövzulara daha çox daldırmağa və tarixi hadisələri müəyyən kontekstdə anlamağa kömək etdi. Hər bir səhifə məni daha da maraqlandırırdı.
Məncə stokda birmədən alıb oxuyun. Sonra gec qalacaqsınız. Çünki kitab hədsiz maraqlıdır. Çox gümanki, tez biacək.
Fazil beyin kiyablarini dusunmeden aliram men. Cunki muəllif heqiqetende guclu uazardir.
Belə maraqlı kitab oxuduğuma görə Fazil Mustafaya və sizə minnəttaram.
Möhtəşəm 😍❤️👏👏
Kitabın adı diqqətimi cəlb etdi, sifariş verdim. Oxuduqca daha da maraqlı gəlir mənə. Tam fərqli düşünməyə yönəldir oxucusunu.
Bənzər məhsullar
Bununla birlikdə alırlar