Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−5%

Diskursun nizamı

Nəşriyyat: Kosmo
Müəllif: Mişel Fuko
Artikul: 2009873090895
Ölçü vahidi: ədəd
8.08 AZN
8.50 AZN
Qənaət 0.42 AZN
Onlayna özəl qiymət
Mövcuddur
Mişel Fuko (Michel Foucault; 1926–1984) — fransız filosofu, tarixçisi və mədəniyyət nəzəriyyəçisi, Fransa strukturalizminin görkəmli nümayəndəsi, XX əsrin ikinci yarısının ən nüfuzlu mütəfəkkirlərindən biridir. Bu gün Fuko müasir fəlsəfə və mədəniyyət nəzəriyyəsi sahəsində ən çox istinad olunan müəlliflərdəndir. Oxuculara təqdim etdiyimiz əsər onun 2 dekabr 1970-ci ildə “Kollej de Frans”da düşüncə sistemi tarixi kafedrasının müdiri vəzifəsinin icrasına başlamazdan əvvəl oxuduğu inaqurasiya müzahirəsindən ibarətdir. “Diskursun nizamı” adı ilə nəşr olunan və sonradan böyük şöhrət qazanan bu mətn Fukonun ən əhəmiyyətli əsərlərindən biri hesab olunur. Mətni rus dilinə S.Tabaçnikova tərcümə edib. Kitabdakı şərhlər və qeydlər tərcüməçiyə məxsusdur. Fransız dilindəki mətndə “Diskursun nizamı” sərlövhəsindən dərhal sonra aşağıdakı izahla qarşılaşırıq: “Kollej de Frans”da 2 dekabr 1970-ci ildə oxunmuş inauqurasiya mühazirəsi”. Təntənəli səslənsə də, gözəldir: Fransız elmi mühitində Mişel Fuko “müqəddəslər müqəddəsi” kimi qəbul olunur. 1530-cu ildə I Fransuanın açdığı Kral Kolleci hər şeydən öncə akademik və konservativ üslubu ilə tanınan Sorbonna Univesitetindən asılı olmayan, hətta müəyyən mənada ona alternativ sayılan təhsil müəssisəsi idi (bu, elə indi də belədir). Bu gün “Kollej de Frans” Fransa və dünya mədəniyyətinin “qaymaqlarını” öz auditoriyalarına cəlb edir. Filosoflar və alimləri, ədəbiyyatçı və musiqiçiləri elə “Kollej”in öz müəllimləri seçir, seçimlər namizədlərin daşıdıqları ad və titullara, yaxud universitet iyerarxiyasında tutduğu mövqeyinə görə deyil, yalnız yaradıcılıq nailiyyətlərinə və onların mədəniyyət sahəsinə verdikləri həqiqi töhfələrə uyğun şəkildə həyata keçirilir. Namizədlər on iki saat ərzində geniş kütləyə öz fəaliyyətlərinin mahiyyəti, onun əsas istiqamətləri və başlıca nəticələri barədə danışmaq imkanı əldə edirlər (“Kollej de Frans”da mühazirələr hamıya açıqdır və onları dinləmək üçün heç bir ödəniş tələb olunmur): Ernest Renanın düsturuna əsaslansaq, “Elm – icradadır”. “Kollej”də mühazirələr təkrar oxunmur.
ISBN:
2009873090895
Janr:
Fəlsəfə
Nəşriyyat:
Kosmo
Cild:
Yumşaq
Müəllif:
Mişel Fuko
Səhifə sayı:
88
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
14.24 AZN 14.99 AZN
Təkamül - Böyük Suallar
ədəd
5.70 AZN 6 AZN
Bilinən və bilinməyən tanrı
ədəd
10.44 AZN 10.99 AZN
Özə Qayıdış
ədəd
9.49 AZN 9.99 AZN
Cinsi Sevginin Metafizikası
ədəd
7.59 AZN 7.99 AZN
Lüdviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu
ədəd
11.99 AZN 14.99 AZN
İncəsənətin Qısa Tarixi
ədəd
8.99 AZN 9.99 AZN
İki səmanın qartalı
ədəd
9.49 AZN 9.99 AZN
Fəlsəfə nədir?
ədəd
11.04 AZN 12.99 AZN
Gələcəkdəki pandemiyanın qarşısını necə ala bilərik
ədəd
10.19 AZN 11.99 AZN
Astrologiya 101
ədəd
13.59 AZN 15.99 AZN
Hər şeyin qısa tarixi
ədəd
5.09 AZN 5.99 AZN
Kamillik elmi
ədəd
14.24 AZN 14.99 AZN
Excel cibinizdə
ədəd
21.24 AZN 24.99 AZN
Maarifçilik davam edir
ədəd
10.19 AZN 11.99 AZN
Axmağı tanımaq
ədəd
8 AZN
Ədəbiyyat 5-ci sinif
ədəd