Bütün gənc tədqiqatçılara səslənirik! Planetə aid təsəvvürlərinizi genişləndirərək səyahətə başlayın. Bu yolda bələdçiniz Yer planetinin heyranı, BBC kanalının aparıcısı Nik Kreyndir. Xəritənizi isə rəssam Devid Din çəkib. Planetimizə macəra dolu səyahətdə siz dünya okeanlarını öyrənəcək, Yer kürəsinin fərqli mühitlərini şərqdən qərbə araşdıracaq, müxtəlif insanlarla tanış olub, onların həyat tərzini müşahidə edəcək, rəngarəng canlı təbiətini seyr edəcək, yeni texnologiyalar haqqında məlumat toplayacaqsınız. Coğrafi regionlara bölünmüş Dünya Atlası Yer kürəsindəki icma va mədəniyyətlərin yerli həyat şəraitinə necə uyğunlaşdığını əks etdirir. XXI əsr üçün hazırlanmış atlasda planetin bütün hissələrinin bir-biri ilə qarşılıqlı əlaqəsi göstərilir, daha təmiz və parlaq gələcək naminə ideyalar verilir.
ISBN:
									9789952494440
								Janr:
									Ensiklopediyalar & Atlaslar
								Nəşriyyat:
									3 Alma
								Cild:
									Yumşaq
								Müəllif:
									Nik Kreyn
								Səhifə sayı:
									69
								Dil:
									Azərbaycan
								Метка:
									Ekspress
								Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
 
		 
