1923-cü ildə İstanbulda çap edilən «Əsrimizin Siyavuşu» əsəri Rəsulzadənin dahi İran şairi Firdovsinin «Şahnamə»sindən təsirlənərək, hadisələri zaman və məkan etibarilə dəyişib İran-Turan müharibələri ilə əlaqələndirərək yazdığı bağımsızlıq ruhunda əsərdir. «Əsrimizin Siyavuşu» əsəri M.Ə.Rəsulzadənin Azərbaycan gənclərinə xitabəti ilə sona çatır:
«Əvət, ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: – Bir kərə yüksələn bayraq bir daha enməz!»
Janr:
Tarix
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Məhəmməd Əmin Rəsulzadə
Səhifə sayı:
96
Dil:
Azərbaycan
Seriya:
Mini Klassika
Метка:
TEZLİKLƏ!
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar