Səliqə-sahman üzrə tanınmış yapon məsləhətçisi, bu işin mahir bilicisi Mari Kondonun “Səliqə-sahmanın həyatımızı dəyişən möcüzəsi” kitabı bütün dünyada insanların həyatında və evlərində əsl inqilab yaratdı. İndi isə “Evini də sahmana sal, həyatını da” adlı bu master-klass vəsaitində müəllif “KonMari metodu”nu ətraflı şəkildə və illüstrasiyalarla təsvir edir, əşyaların kateqoriyalar üzrə saf-çürük edilməsi, köynəklərdən başlamış corablara qədər bütün paltarların qatlanması və onların, həmçinin digər əşyaların siyirmə və rəflərə yerləşdirilməsi üsullarını izah edir. Mari Kondo bu kitabında həm də tez-tez verilən sualları cavablandırır, o cümlədən “çox vacib”, lakin sevinc bəxş etməyən əşyalarla bağlı məsləhətlər verir. Bu hərtərəfli master-klass vəsaiti mətbəx avadanlıqları, təmizlik ləvazimatları, hobbi əşyaları və rəqəmsal fotoşəkillər də daxil olmaqla, hər şeylə bağlı dəyərli tövsiyələr sayəsində evinizi də sahmana salacaq, həyatınızı da...
ISBN:
9789952532289
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Mari Kondo
Səhifə sayı:
356
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 3
Kitab superdir, mənim üçün çox faydalı oldu. Hətta problemlərimlə necə başa çıxmağı öyrəndim.
Bu kitab mənə özümü daha yaxşı anlamağa kömək etdi. Duyğularımı idarə etməyi öyrəndim. İndi həyatım daha düzənlidir.
Yazarın təcrübəsi və məlumatları çox dəyərli və öyrədicidir. Oxumaqdan böyük zövq aldım.
Bənzər məhsullar
Bununla birlikdə alırlar