Tədqiqatçı və psixoloqların uzunmüddətli araşdırmalarından belə məlum olur ki, ailə problemlərinin və ailədaxili konfliktlərin çox hissəsi ər-arvad arasında cinsi uyğunluğun olmamasından qaynaqlanır. Boşanmaların səbəbləri haqqında dünya üzrə aparılmış bir çox statistik araşdırmalara əsasən cinsi uyğunsuzluq birinci yerdə gəlir. Təəccüblü də olsa, maddi çətinlik bu səbəblər sırasında sonuncu yerdə durur. Əldə edilən bu kimi nəticələr ailə həyatında cinsi məsələlər barədə məlumatlı olmağın nə qədər mühüm olduğunu diqqətə çatdırır... Mən bu kitabı yazmaq üçün 14 il mütaliə, araşdırma, rəy sorğusu və konsultasiya ilə məşğul olmuşam. Əgər kitabın bəzi cümlələrinin yüz saat mütaliə, tədqiqat və pasientlərlə söhbətin nəticəsi olduğunu desəm, mübaliğə etmərəm. Mən başqalarının əsərlərindən sitat gətirməkdən çox cinsi məsələlərin mürəkkəbliyi barədə fikirləşmiş, yaxud konsultasiya zamanı insanların sözlərindən heç bir kitabda oxumadığım nəticələr əldə etmişəm. Mən çox dəyərli olan bu tapıntıları sizin ixtiyarınızda qoyuram...
ISBN:
9789952547252
Janr:
Psixologiya
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Dr. Yusif Qulami
Səhifə sayı:
256
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar