Kitabda Dr. Şəriəti əvvəlcə həyatda tutduğu mövqedən, ona ünvanlanan tənqidlərdən söhbət açır, yaşadığı dövrü analiz edir. Daha sonra maraqlı bir üslub seçərək gənclərin dili ilə əvvəlki nəsilə, onların ata-anasına müraciət etməyə başlayır. Gənc nəsil və köhnə nəsil arasında yaradılmış bu qarşıdurmada oxucunun gözü qarşısında müasir dövrün real mənzərəsi canlanır; dinin zamanla uyğunlaşmasındakı problemlər bütün gerçəkliyi ilə ortaya çıxır. Kitabın ikinci hissəsində isə Əli Şəriəti əks tərəfə, həqiqi mövqeyinə keçərək üzünü dini xurafat kimi qiymətləndirən ziyalılara, gənclərə tutur. İslami ritualların onlara təqdim edilən şəkildə olmadığını açıqlayaraq kitabın birinci hissəsində gənclərin dilindən tənqid ediləni islami anlayışların əsil mahiyyət və dəyərini ortaya qoyur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN:
9789952823646
Janr:
Din
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Əli Şəriəti
Səhifə sayı:
176
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar