Hər şey tarixi məhəllələrin birində kiçik bir ev almağımla başladı. Təmir vaxtı zirzəmidə sehrli bir otaq kəşf etdim və bu qəribə, yeraltı otağı yazıçı guşəmə çevirdim. Bundan sonra qəribə hadisələr baş verdi. Fəlsəfə tarixinin məşhur filosofları, mütəfəkkirləri, müdrikləri şəffaf bədənləri ilə otağımda peyda oldular. Sonra buna da öyrəşdim. Axı bu filosoflarla birlikdə fəlsəfə kitabları yazmaq, doğrudan da, maraqlı və əyləncəli olurdu. Amma ən qəribəsi odur ki, indi filosof olmayan bəzi adamlar da bu gizli otağa gəlməyə başladılar... Müslüm Baba, Dəli Ziya, Güldanə, Zəhra, Rəna və Onur. Uzun illərdən bəri arzuladığım fəlsəfə kitablarını indi qəribə qonaqlarımla birlikdə yazıram. Kim dedi ki, fəlsəfə darıxdırıcıdır? Oxuduğunuz bütün darıxdırıcı fəlsəfə kitablarını unudun! Bu kitabda fəlsəfə yoxdur! O, fəlsəfənin mahiyyətini açır, oxucunu filosof edir. Bu otaqdakılar sərbəst şəkildə sual verə, fikir yürüdə, tənqidi fikirlərini söyləyə bilərlər. Əlinizdə tutduğunuz bu kitab isə materializmlə idealizmin, dinsizliklə dinin əbədi mübarizəsinə həsr olunub.
Janr:
Fəlsəfə
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Ömər Sevinçgül
Səhifə sayı:
160
Dil:
Azərbaycan
Метка:
TEZLİKLƏ!
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar