Yonas Zalsqeberin “Stoisizmin əl kitabı” əsəri qədim stoik filosofların – Seneka, Epiktet və Mark Avrelinin hikmətlərini müasir oxucuya səlis və anlaşılan bir dillə təqdim edir. Müəllif stoisizmi quru nəzəriyyə kimi deyil, gündəlik həyatın çətinliklərini aşmaq, daxili gücü möhkəmləndirmək və emosional tarazlığı qorumaq üçün “həyat sənəti” kimi izah edir.
Kitabda stoisizmin nəzarət edə bilmədiyimiz şeyləri qəbul etmək, emosiyalarımızı idarə etmək, həyatı dəyərli edən prinsiplərlə yaşamaq kimi əsas məqamlarına toxunulur. Zalsqeber stoik fəlsəfəni, sadəcə, keçmişin ideyası kimi yox, müasir insan üçün motivasiya və mənəvi dayaq mənbəyi kimi təqdim edir. “Stoisizmin əl kitabı” oxucunu həyatı daha təmkinli, məqsədli və şüurlu yaşamağa çağırır. Əsər həm fəlsəfə həvəskarları, həm də gündəlik həyatda mənəvi güc və istiqamət axtaran oxucular üçün ilhamverici bələdçidir.
Janr:
Fəlsəfə
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Yonas Zalsqeber
Səhifə sayı:
344
Dil:
Azərbaycan
Метка:
TEZLİKLƏ!
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar