Rəcaizadə Mahmud Əkrəmin "Fayton sevdası" əsəri türk ədəbiyyatı tarixinə ilk realist roman kimi düşüb. 1889-cu ildə qələmə alınmış roman XIX əsr Türkiyəsinin qarşısında dayanan ən əsas problemə - avropalaşma, qərbliləşmə, gənclərin tərbiyəsi mövzusuna həsr edilib. ...Alayarımçıq təhsil almış 23-24 yaşlı Bəhruz bəy bir dövlət məmurunun oğludur. Atası vəfat edəndən sonra ona böyük sərvət, xeyli mülk miras qalır. Bər-bəzək, dəbdəbə aşiqi olan Bəhruz bəy isə onları bir-bir sataraq əyləncəyə xərcləyir. O, Avropa aşiqidir, türk dilini bəyənmir, onu kobud və kasıb dil sayır, cəmiyyət arasında fransızca danışmağa çalışsa da bu dili də yaxşı bilmir. Bütün fikri-zikri əyləncədə olan Bəhruz bəy özünü hamıya kübar biri kimi göstərmək istəyir. Hamıdan seçilmək üçün özünə dəbdəbəli fayton alır, bütün günü heç bir səbəb olmadan faytonda şəhəri gəzir. Bir gün belə gəzinti zamanı bir qız görür, o dəqiqə də aşiq olur, həmin gün ona gül, növbəti təsadüfi görüşündə isə məktub verir. O gündən qızı bir daha görmür.
ISBN:
9789952513882
Janr:
Klassiklər
Nəşriyyat:
Teas Press
Müəllif:
Rəcaizadə Mahmud Əkrəm
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar