Əsli Perkerin "Flaminqolar çəhrayıdır romanını onun öz sözü ilə desək, müəllifin “başqa bir həyat hekayəsi”dir.
Əsli Perker uşaq olanda onun valideynləri avtomobil qəzasına uğramışdı. Yaxşı, bəs, o qəzada Əslinin valideynləri ölmüş olsaydı, onu necə bir həyat gözləyirdi? Kiçik yaşda valideyn itirmək, xüsusən anasız qalmaq bir qız uşağını hansı həyata məhkum edə bilər? Müəllif bu sualın mümkün cavablarından birini təsəvvüründə canlandırır. O, Dəmətin böyüməsini, yetkinləşməsini bütün həyati detalları ilə təsvir edir. Bir tərəfdə xaraktercə başqalarından fərqlənən dayı, o biri tərəfdə nəvəsi ilə maraqlanmayan nənə... Nənənin ölümündən sonra isə qadınsız ev... Bəs bu ağırlığa necə dözmək olar? Roman bu suallara cavab axtarır.
Məhsulun kodu:9789952382570
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Müəllif:
Əsli Perker
Səhifə sayı:
248
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər7
Əsər həm emosional, həm də intellektual olaraq çox zəngindir. Süjet xətti oxucunu daim maraqda saxlayı
Mənədə çox maraqlı gəldi. Həvəsl oxudum.
Kitab oxucuya cəlbedici hekayə və zəngin personajlarla dolu bir hekayə təqdim edir. Perkerin yumoristik üslubu və dərin hekayəsi kitabı həm əyləncəli, həm də düşündürücü edir. Roman sevgi, dostluq və həyatın mürəkkəbliklərindən bəhs edərək oxuculara rəngarəng oxu təcrübəsi təqdim edir.
Düşündüyümdən də çox bəyəndim
Sürətli çatdırılmaya görə təşəkkür edirəm. Kitabım sağlam və problemsiz formada gəldi.
Təsirki kitabdır. Kövrəltdi məni.
Zavallı Demetin aci taleyi çox təsirləndirdi məni. Amma eyni zamanda da oxuduqca bir çox sualların cavabını tapdım. Balaca bir qızcığazın yaşadığı bu həyatı təsəvvür etmək belə insanı acıdır. Çox dəyərli romandır. Oxuyuyun məncə.
şərhlər7