Fransua Rable 1494-cü ildə Şinyon şəhərində anadan olmuşdur. Məşhur rus alimi A.K.Civeleqov deyir ki, Rable kiçik bir məhkəmə məmurunun kiçik oğlu olmuşdur. Fransız alimi isə deyir ki, Rablenin atası ya kiçik bir dükan sahibi,yaxud da əczaçı olub.
O dövrdə dini təhsilə xüsusi diqqət verilirdi. F.Rablenində yeddi yaşı tamam olanda onu dini məktəbə verirlər. Lakin onun oxumağa böyük həvəsi var idi. Rable 16 yaşından etibarən Fonten-Lekontda rahib olu və ruhani rütbəsi alır.Valideynlərnin təkidi ilə dini təhsil almasına baxmayaraq Rable gələcəkdə ruhani olmaq istəmirdi.Monastırda olan dostlarının köməyi sayəsində o,bir sıra qədim dilləri və dünyəvi elmləri öyrənir.O tezliklə qədim Yunan və latın dillərini öyrənir.
Məşhur rus filosofu, incəsənət nəzəriyyəçisi Mixail Baxtin “Fransua Rablenin yaradıcılığı və Orta əsrlər və Renessans dövrü xalq mədəniyyəti” əsərini 1940-cı ildə tamamlayıb.