20-ci əsrin ən tanınmış geyşalarından biri Nitta Sayurinin həyat hekayəsi. Hətta siz məhəbbət romanlarının pərəstişkarı deyilsinizsə və ümumiyyətlə, ilk baxışdan məhəbbətə inanmasanız belə, “Gündoğan ölkə”nin özünəməxsus mühitinə daxil olmaqdan və kənar şəxslər üçün qapalı, gizli bir cəmiyyəti daxildən tanımaqdan inanılmaz həzz alacaqsınız.
Roman yalnız kişilərə məxsus olan tam başqa bir aləmə, başqa bir dünyaya açılan qapıdır. Bu aləmdə qadınlar heç vaxt düşündüklərini deyil, yalnız onlardan gözlənilənləri, tələb olunanları deyirlər. Onlar heç bir istəyə və seçim hüququna malik ola bilməzlər. Qadınlar doğulandan ölənə qədər onlar üçün əvvəlcədən müəyyən olunmuş yolla irəliləyirlər, bu yoldan sapma ehtimalı çox cüzidir. Onlar mövcuddurlar, ancaq demək olmaz ki, yaşayırlar. Ona görə ki, yalnız tənhalıqda özləri kimi ola bilirlər, ancaq bu hüquqdan da məhrumdurlar.
Geyşalıq işi – gözəllik və incəsənətdir. Bu ancaq kənardan belə görünür. Daxildən isə yalnız ağır, üzücü əmək, riyakar bir peşədir. Bundan savayı, heç nə yoxdur. Tamamilə heç nə.
ISBN:
9789952268232
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Artur Qolden
Səhifə sayı:
364
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 6
Sifariş etdiyim kitab tam gözlədiyim kimi idi. Həm keyfiyyət, həm xidmət əladır.
Bədii əsərlər arasında indiyədək oxuduqlarımın ən yaxşılarından biri idi. Müəllifin təsvirləri çox canlıdır.
Kitab məni dərindən təsirləndirdi. Hekayənin quruluşu və obrazlar çox yaxşı işlənib.
Hər səfisəni cevirdikcə daha da həyacan bürüyürdü məni. Sonununu mərak edirdim. Oxuyub bitirdim. Sonluğun necə bitdiyini sizə demirəm. Sadəcə onu deyə bilərəmki, mütləq özünü alıb oxuyun !
Bu kitabı oxuyarkən mən özümü başqa bir dünyada hiss etdim. Əsər o qədər təsiredici idi ki, heç bir anı unutmaq mümkün olmadı. Mən əminəm ki, hər kəs buna heyrətlənəcək!
Bənzər məhsullar
Bununla birlikdə alırlar