London Universitetinin Tarix Araşdırmalar İnstitutunun dəvətli tədqiqatçısı
Professor Cəmil Həsənlinin oxuculara təqdim edilən bu kitabı “Güney
Azərbaycan” mövzusunda onun uzun illər apardığı elmi axtarışların
məhsuludur. Kitab elmi-publisistik səpkidə yazılmışdır. Onu müəllifin
“Şirinli-acılı Təbriz hekayələri” də adlandırmaq olar. Gerçəkdən adam
bu hekayələrin sehrinə düşür, Güneyin tarixində önəmli rol oynayan
“21 Azər” hərəkatına gedən yolun yolçusu olur. Kitab Güney və Quzey
azərbaycanlıların ortaq sevgisindən doğan Milli Hökumətin yaranması
və ilk addımları haqda məlumatları oxucuya çatdırır. “Fədai” dəstələrinin
qəhrəman mübarizəsi, Təbriz ziyalılarının ana dili yanğısı, Sovet
Azərbaycanından Güneyə ezam edilmiş siyasi işçilərin kövrək duyğuları
bu əsərin əsas qayəsini təşkil edir.
Kitabda Azərbaycan mövzusunun beynəlxalq aləmə çıxması, diplomatik
müzakirələrə daxil olması, Sovetlərin İranda neft istəkləri, “Güney
Azərbaycan” məsələsinin dövlətlərarası çəkişməyə səbəb olması və digər
maraqlı məsələlər öz əksini tapmışdır. Onun hazırlanması üçün müəllif
Azərbaycan, Rusiya, ABŞ, Böyük Britaniya və digər ölkələrin nadir arxiv
materiallarından geniş istifadə etmişdir. Kitabda “Soyuq müharibə” erasının
məhz Güney Azərbaycandan başlanması, Qərb – Şərq qarşıdurmasının
Təbrizdən keçməsi bir sıra sirli məqamlardan xəbər verir.
Kitabın səhifələrində əksini tapan “21 Azər”in milli taleyimizə işıq
tutan dramatik hadisələri qəlbinizi ovsunlayacaq. Kitab, içində VƏTƏN
sevgisi, Təbriz həsrəti yaşadan oxucular üçün nəzərdə tutulmuşdur.
ISBN:
9789952385717
Janr:
Tarix
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Cəmil Həsənli
Səhifə sayı:
496
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 15
Kitabı qısa zamanda çatdırdılar. Xüsusi paketləmə çox xoşuma gəldi.
Müəllifin yazı üslubu məni özünə cəlb etdi. Hər şey çox real təsvir olunmuşdu.
Müəllifin yazı üslubu məni özünə cəlb etdi. Hər şey çox real təsvir olunmuşdu.
Bu tarixi kitabı həqiqətən sevdim. Müəllifin tarixi faktları gətirərək tarixi hadisələrə nəzər salması maraqlı idi
Bu kitab mənim üçün bir səyahət oldu. Tarixi olayları oxuyarkən sanki o zamanlarda özüm orada idim kimi hiss etdim. Mənə tarixi məlumatlar haqqında daha yaxşı bir anlayış verdi.
Cəmil Həsənli "Güney Azərbaycan" əsərini mükəmməl yazıb.
İranda yaşayan Azərbaycan türklərinin tarixi, mədəni irsi, siyasi vəziyyəti ətraflı müzakirə olunur. Müəllif Güney Azərbaycanın etnik, siyasi və sosial dinamikasına dərindən nəzər salmaqla bölgənin mürəkkəb strukturunu anlamağa kömək edir.
Yazıçı İran şəraitində yaşayan Azərbaycan türklərinin tarixi, mədəni və siyasi həyatına dair ətraflı bir təsvir təqdim edir. Kitab, Güney Azərbaycanın (İran Azərbaycanı) tarixi, mədəniyyəti, dil məsələləri və siyasi prosesləri haqqında geniş bir müzakirə təqdim edir. Həsənli, Azərbaycan türklərinin yaşadığı coğrafi bölgələrin tarixi, onların milli mənsubiyyəti və onların özgür mədəniyyətini oxuculara daha yaxından tanıtmaq məqsədilə bu əsəri yazmışdır. Kitabı təhlil etdikdə, Azərbaycan türklərinin Güney Azərbaycandakı varlığı və mədəni mövcudluğu haqqında geniş məlumatlar əldə etdim. Hər kəsə tövsiyə edirəm.
Güney Azərbaycan mükəmməl və geniş formada qələmə alınmış bir kitabdır.
Cəmil Həsənlinin bu kitabı Güney Azərbaycan, Təbriz həsrəti ilə yaşayan hər oxucunun yarasına məlhəm olacaq.
Cəmil Həsənlinin kitablarını həmişə çox bəyənmişəm. Onun kitabları tarixi əhəmiyyətli hadisələri özündə əks etdirir.
Güney Azərbaycan haqqında yazılmış ən önəmli və tarixi hadisələri özündə əks etdirən mükəmməl bir kitabdır. Axıcı və rahat üslubla yazılıb.
Güney Azərbaycanda baş vermiş hadisələri özündə əks etdirən möhtəşəm kitabdır.Tarixi kitab olsada qətiyyən yorucu deyil,mən sevə-sevə oxuyuram.Cənubi Azərbaycanın tarixi ilə maraqlanan hər kəsə tövsiyə edirəm 👍
Oxumağa dəyər kitabdır.Oxuduqca tarixi hadisələri öyrəndim.Həmcinin çox axıcı və anlaşıqlı dildə yazılıb
Özündə tarixi faktları əks etdirən əsərləri oxumağı sevirəm.Bu kitabda Cənubi Azərbaycan haqqında yazılmış mükəmməl kitablardan biridir.Sovet dövründə,hətta ondan əvvəldə baş vermiş hadisələr, maraqlı məsələlər birazcada bədiiləşmiş formada yazılıb.Oxumaqdan böyük zövq aldım.
Bənzər məhsullar
Bununla birlikdə alırlar