Həbsxana hekayələri-2\Əgər hekayələri bütövlükdə oxusanız, heç birində oğurluğun, cibgirliyin, “qəssablığın” təbliğ olunmasına rast gələ bilməzsiniz. Sadəcə olaraq, burada səhv yol seçmiş insanlar: Dağlı Cavanşir, Mamlyuk Cəbrayıl, Zinaida Passajkaya, Rəşid oğlu Məhərrəm və başqalarının ağrılı, məşəqqətli, həsrət dolu yaşantıları qələmə alınıb. Təbliğ olunan fikir budur: bu yolu seçmiş insanların dörd divar arasındakı həyatı, tikanlı məftillər arxasındakı yaşamları əksər hallarda faciə ilə bitir. Bu gün taleyin ixtiyarına buraxılmış, həyatın çətinlikləri qarşısında başını itirərək cinayətkarlıq yolunun astanasında dayanan yeniyetmələrə bircə şeyi bildirmək istərdim: “Həyatını bu yola sərf edib bir zaman milyonlar qazanmış adamların da sonda əliboş, üzüqara olduğunun dəfələrlə şahidi olmuşuq. Bu yol daşlı-kəsəkli, əzabəziyyətlidir... və sonunda işıqlı heç nə görünmür...”
Janr:
Bioqrafiya
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Bəhram Çələbi
Səhifə sayı:
224
Dil:
Azərbaycan
Метка:
TEZLİKLƏ!
Çəki, g:
250
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar