Şəxsi inkişafa tuşlanan kitabları ilə tanınan Mümin Sekmanın 10-cu əsəri “Hər şey səninlə
başlar” sosial uğura gedən yolları anladır.
Kitabda yerli və dünya təcrübəsindən olan misallarla uğursuzluğa necə alışıldığı və uğur
qazanmanın necə öyrənildiyi haqda bəhs edilir.
Əsərin təməlindəki sual budur: Nə üçün uğursuzluğa uğrayırıq? Çarəsizlik
psixologiyasını necə yenməliyik? Uğur qazanmağı necə öyrənə bilərik? Uğurlu insanların
bildiyi və digərlərinin bilmədiyi nədir?
“Həyatda ya tozu dumana qatarsan, ya da tozu, dumanı udarsan. Seçim sənindir!” kəlamı
ilə çıxan və uğuru öyrədən bu kitab özünün də uğur tarixçəsini yazıb. İlk nəşri 100 min
tirajla çıxan əsər 2 ildə 500 min, 8 ildə isə 1 milyon oxucuyla görüşərək Türkiyədə rekord
qırıb. Bununla da “Ən uğurlu uğur kitabı” adlanmağı haqq edib.
MÜMİN SEKMAN HER ŞEY SENİNLE BAŞLAR
MÜMİN SEKMAN HƏR ŞEY SƏNİNLƏ BAŞLAR
ISBN:
2000002524632
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Mümin Sekman
Səhifə sayı:
328
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 4
Heqiqeten de zirvede sene hemise yer var sen bunu bacararsan ve eger ki bunu basqalari ede bilirse sen de edeceksen ...!
Özünü inkişaf və həyati dərslər mənasında çox gözəl kitabdır. Hamıya məsləhət görürəm və əminəm ki hər kəsin xoşuna gələcək.
Ozunu inkisaf kitablari ichinde en sevdiyim kitablardan biri oldu,oxuduqca ozumde motivasiya yaratdim ve kitabda dediyi kimi her sheyin ozumden basladiqini gordum.
Oxudum bəyəndim
Bənzər məhsullar
Bununla birlikdə alırlar