Miran Karaman uşaqkən ailəsinin dağılmasına səbəb olan qətlin qisasını almaq üçün illər sonra doğma yurduna geri qayıdır. Qurduğu planın mükəmməlliyinə tamamilə əmin olduğundan bu oyundan kiminsə hali olacağını ağlına belə gətirmir.
Lakin işlərin məcrası Miranın istəmədiyi şəkildə dəyişəcək, bir müddət sonra onun intiqam odu daha şiddətlə alovlanaraq öz ürəyini yandıracaq. İntiqam yanğısı eşqə çevrilərək həyatını kökündən dəyişəcək.
Digər qəhrəmanımız – gənc qız Reyyan isə bütün bu fitnələrdən, oyunlardan xəbərsiz şəkildə həyatın qarşısına çıxartdığı taleyə boyun əyməyə məhkumdur. Miran Karamana saf məhəbbətlə bağlanan qız tezliklə acı həqiqətlə üzləşərək darmadağın olan dünyasının ağırlığı altında sevgi əzabıyla üzləşəcək. Lakin hadisələrin gedişinin hara aparıb çıxacağını kim deyə bilər?
Kədər və sirlərlə dolu “Hərcayi” romanı oxucunu son səhifələrinə kimi özünə cəlb edərək intizarda saxlayacaq.
ISBN:
9789952366952
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Sümeyye Koç
Səhifə sayı:
424
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 2
Çox təəssüf ki, Türkiyədə qan davası deyilən ədavətlər hələ də davam edir. Bu haqda çoxlu filmlər, seriallar çəkilib, kitablar yazılıb. Hərcayi belə nümunələr arasında ən maraqlılarından biri oldu. Kinoya baxmağa səbrim çatmadı, ancaq kitabı həvəslə oxuyub bitirdim. Çox gözəl tərcüməsi var.
Bənzər məhsullar
Bununla birlikdə alırlar