Dünya şöhrətli Amerika yazıçısı və filosofu Anthony Robbinsin təqdim olunmuş bu kitabı, çox güman ki, sizdə dərin maraq oyadacaq, yaşam fəlsəfəsinə dair sizə geniş məlumat verəcək. Uşaqlıq çağlarını uğursuz, kasıb ailədə yaşamış, heç bir ali təhsili olmayan, yalnız həyati müşahidələrinə arxalanıb daxili gücünə üz tutaraq şöhrət qazanmış bir adamın həyat hekayələrini maraqla qarşılayacaqsınız. Kitabda yaşamağa belə ümidini itirmiş insanlara ruhdan düşmədən öz daxilində uyuyan nəhəng gücü oyatmağın, yaşamaq üçün pul, biznesdə isə uğur qazanmağın yolu göstərilir, beləcə gələcəyə inam gücləndirilir. Müəllifin tövsiyələri nəticəsində həyatın çətinliklərinə davam gətirməyən, yaşamağa ümidini itirmiş adamlar həyatlarını yenidən qurmağı bacarmış, yaşadıqları cəmiyyətin layiqli vətəndaşına çevrilmişlər. İnanırıq ki, Robbinsin təklif etdiyi metodlar heç vaxt köhnəlməyəcək, çıxılmaz vəziyyətlə üzləşmiş insanların yaşamağa olan inamın gücləndirilməsi yolunda əvəzsiz məsləhət xarakteri kimi yadda qalacaq.
ISBN:
9789952368048
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Entoni Robbins
Səhifə sayı:
720
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 12
Oxuduğum kitabda insanın düşüncə tərzini dəyişməyin yolları çox aydın və sadə izah olunmuşdu. Oxumağa dəyər.
Kitab mənim üçün ilham mənbəyi oldu. Düşüncə tərzim tamamilə dəyişdi və həyatımda daha çox müsbət nəticələr əldə etməyə başladım.
Oxuduğum ən təsirli özünü inkişaf kitablardan biridir. Müəllifin yanaşması çox anlaşıqlıdır və hər səhifəsi yeni bir şey öyrədir.
Həyatımı daha müsbət yöndə dəyişdirməyim üçün çox dəyərli tövsiyələr verir.
👍👍👍👍👍👍👍👍
Özünü inkişaf etdirmək istəyən hər kəs üçün bu kitab əvəzolunmaz bir mənbədir.
Hər bir əməkdaşınıza təşəkkür edirəm. Kitabı da çox bəyəndim. Kitabın hər səhifəsində yeni bir şey öyrəndim. Özümə daha çox güvənməyə və məqsədlərimə çatmağa kömək etdi.
Kitab mənə çox şey öyrətdi və özüm haqqında daha çox düşünməyə vadar etdi. Məsləhətlidir.
Bu kitab mənə biznesdə uğur qazanmağın yollarını daha yaxşı başa düşməyə kömək etdi. Praktiki məsləhətlər və real nümunələr çox faydalıdır.
Bu kitab mənə şəxsi və iş həyatımda daha balanslı olmağı öyrətdi. Artıq daha harmonik bir həyat yaşayıram.
Kitabın verdiyi məsləhətlər həyatımda böyük dəyişikliklər yaratdı. Artıq daha xoşbəxt və balanslıyam. Artıq öz həyatımı özüm idarə edirəm.
Bənzər məhsullar
Bununla birlikdə alırlar