"İmkansızın cazibəsi" kitabında Mario Varqas Lyosa insanı və bəşəriyyəti daima düşündürən təməl suallara öz esseləri vasitəsilə cavab verir. Təhsilin çöküşü, mədəniyyət və ədəbiyyatın getdikcə daha çox geri plana düşməsi, insanlar ədəbiyyatdan həyatla bağlı nəsə öyrənə bilirlərmi... bu qayğılar kitabdakı esselərdə öz əksini və eyni zamanda, öz cavabını tapır.
Müəllif eyni zamanda, kitabda Nabokov, Kortasar və Borxes kimi görkəmli yazıçıların əsərlərini, ədəbiyyata və dünyaya baxışlarını şərh edir.