Tanınmış nevroloq D.İqlmenin 20-dən çox dilə tərcümə edilən və
indidən klassik əsərə çevrilən bu kitabı beynin sirli dünyasına təcrübələr,
elmi biliklər və tarixi faktlar işığında səyahət edir. Kitab tibbi mövzuda olsa
da, müəllif yazarlıq məharətini və zəngin biliyini birləşdirərək elmi faktları
sadə və müqayisəli dillə oxucularına təqdim edir. Müəllif əsər boyu
sədaqət geni, qumarbazlara çevrilən parkinson xəstələri, gen-mühit
əlaqəsi, “yaxşı” və “pis” gen, şüuraltı və qərarvermə mexanizmi,
məsuliyyət anlayışı, beynin insan həyatında rolu kimi bir çox mövzulara
toxunur. Alim bu mövzuların beyinlə əlaqəsini izah etməklə kifayətlənmir,
beyinlə bağlı müxtəlif formullar və modellər irəli sürür. İnsan psixologiyası
və davranışlarına neyron və gen prizmasından baxmağı öyrədir. Elmi-
populyar dildə yazılmış bu kitab xüsusən müəllimlər, psixoloqlar,
valideynlər, həkimlər üçün mühüm bilikləri ehtiva edir.
ISBN:
2001209984632
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
David Eagleman
Səhifə sayı:
352
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Çəki, g:
300
Наличие товара:
есть в наличии
Məhsul haqqında rəylər 7
Məndə oxuyuram və çox bəyəndim. Oxuduqlarım mənə həyatda daha çox şey əldə edə biləcəyimi göstərdi. Çox motivasiya verici idi və müsbət düşüncənin gücünü daha yaxşı anladım.
Kitabın hər səhifəsi mənim üçün yeni bir dünya açdı. Çox maraqlıdır, sizə də tövsiyə edirəm.
Kitabim gəlib. Bu gün başlamışam oxumağa. Ilk səhifələrdən hiss olunur maraqlı kitabdı
Çox təşəkkür edirik ki, kitab haqda öz fikirlərinizi bildirmisiniz. Bu, bizim üçün çox önəmlidir. "İncognito" kitabının tərcüməçisi İmanyar Quliyevdir.
Üz qabığında orfoqrafik səhv olan bir kitabın içini təsəvvür etmək o qədər də çətin deyil...))
Zəhmət olmasa, Azərbaycan dilinə tərcüməçisini qeyd edərdiniz . İndi bu kitabda. Amma ümumilikdə bütün kitablarda. Təşəkkürlər. Beləliklə, seçimimizi asanlaşdırmış olardınız.
Bənzər məhsullar
Bununla birlikdə alırlar