Kitabda buddizm, mistizm, İsa Məsih və yeni dövr Zen təliminə xas yanaşmalar sintezli şəkildə təqdim olunur. Bildiyiniz kimi, günümüzdə insan həyatı olduqca gərgin və stresslidir. Müəllif səbəblərdən biri kimi insanın öz daxili aləmindən uzaqlaşmasını, özünü zehinlə eyniləşdirməsini göstərir. Qeyd edir ki, indinin fərqində olan insan zehinin keçmiş və gələcəklə bağlı illüziyasına da inanmayacaq, onu aldatmasına imkan verməyəcək. Zehin insanda keçmiş və gələcəklə bağlı illüziyalar yaradaraq bizi içində olduğumuz zamandan ayırır, nəticədə stress və narahatlıq mənbəyinə çevrilir.
Müəllif kitabda oxucunun diqqətini indinin gücünə çəkməyə çalışır, keçmiş və gələcəyin düşüncədən başqa heç bir anlam ifadə etmədiyini vurğulayır, onlara həyatlarına nəzarət etmək üçün metodlar təklif edir. Qeyd edir ki, keçmişə və gələcəyə təsir etmək bizim gücümüz xaricindədir. Biz yalnız indiyə, içində olduğumuz ana təsir edərək həyatımızı dəyişə, xoşbəxtlik və hüzura qovuşa bilərik.
Siz də Ekhart Tollenin bu möhtəşəm kitabını oxumaqla indinin gücünə qovuşa, onu həyatınızı dəyişmək üçün istifadə edə bilərsiniz. Ən əsası, zehinin sizə oynadığı oyunlardan xəbərdar olacaq, müəllifin təklif etdiyi metodlardan istifadə edərək həyatınıza nəzarəti ələ alacaqsınız.
ISBN:
2000923375849
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Eckhart Tolle
Səhifə sayı:
256
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Наличие товара:
есть в наличии
Məhsul haqqında rəylər 13
Kitab çox yaxşı qablaşdırılmışdı. Sifariş prosesi çox rahat idi və xidmətə görə çox razıyam.
Kitab mənim üçün böyük bir motivasiya mənbəyi oldu. Özümü inkişaf etdirmək və məqsədlərimə çatmaq üçün güc aldım.
Dərin və məntiqli məsləhətləri ilə mənə çox şey öyrətdi. Həyatımda tətbiq edəcəyim çox faydalı məqamlar var.
Ali və Nino komandası, hər bir əməkdaşınıza təşəkkür edirəm. Çox faydalı və maraqlı kitabdır.
Müəllifin məsləhətləri çox faydalıdır və həyatımda dərhal tətbiq etməyə başladım. Əla kitabdır.
Kitab, özünü anlama və inkişaf etdirmə mövzusunda çox dərin və təsirli fikirlər təqdim edir. Oxumaqdan zövq aldım.
Bu kitab motivasiyamı artırdı və mənə yeni hədəflər qoymağa kömək etdi. Əladır.
Bu kitabı çox bəyəndim, mənim özüm və ətrafım haqqında düşüncələrimi tamamilə dəyişdi. Hər kəsə tövsiyə edirəm. 👍👍👍👍👍👍
Psixoloji problemlərlə üzləşdiyim bir zamanda bu kitab mənim üçün bələdçi oldu. Artıq daha rahat və özümə güvənirəm.
Bu kitab mənə çox dəyərli dərslər verdi. Həyatıma daha müsbət yanaşmağa və məqsədlərimə çatmağa kömək etdi.
Əvvəli anlamaqda çətinlik törədir, çünki meditasiyanı sizin öhdənizə buraxır. Dərin nəfəs alın və sakitləşin... Davam etdirməyə maraq oyatmadı, bəlkədə inanc məsələsidir.
Bir psixoloqa beraber kitabdir.
Spritualizmlə bağlı gözəl kitab. Kitabda qeyd olunanları tətbiq eləsəniz yaxşı nəticələr ala bilərsiniz
Bənzər məhsullar
Bununla birlikdə alırlar