Biznes dünyası qadınlara indiyədək bilinməyən müəyyən qaydalar diktə edir. Zəka və iradə keyfiyyətlərini daha çox nümayiş etdirmək lazım deyildir. Karyera pilləkənində öz ambisiyalarını və irəli getmək cəhdlərini göstərməyə dəyməz. Bundan başqa, qadınları öz şəxsi, daxili maneələri ləngidir. Qadınların nə üçün karyeralarını buraxmalarının, doğrudan da, yüzlərlə ciddi səbəbləri vardır. Onlar özlərinə inamlarının kifayət qədər olmamasına, özlərinə həddən artıq diqqət yetirmələrini istəmədiklərinə görə irəli gedə bilmirlər. Nəticədə bu gün dünyanın aparıcı şirkətlərinin rəhbərlərindən yalnız 4 faizi qadınlardır.
Facebook-un əməliyyat direktoru Şeril Sendberq biznes dünyasında ən nüfuzlu simalardan biri kimi özünün professional yolunda nə kimi əngəllərlə rastlaşdığından danışır. Bu kitab qadının karyerada və biznesdə özünü göstərmək hüququnu nümayiş etdirənlərin hamısı üçün ruhlandırıcı manifest və mənbədir. Kitaba görə, ailədə münasibətlər bərabər tərəfdaşlıq əsasında qurulmalıdır. Əsər ailə ilə karyera arasında düzgün balans tapılması və qadınların irəli getməsinə mane olan qorxulara qarşı necə mübarizə aparılması haqqında əməli məsləhətlərlə doludur.
ISBN:
2001276904632
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Şeril Sendberq
Səhifə sayı:
304
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 2
Şeril Sendberqin fikirləri məni ilhamlandırdı və mən də öz hətatımı düzgün istiqamətə yönəltməyə başladım. Oxumağa dəyər!
Fəallıqdan qorxma kitabı,hər bir xanım üçün əvəzsiz kitablardandır.Bu kitab hər bir xanıma,iş və ailə balansını necə tənzimləmək olar onu izah edir və ən əsasl bu kitabda reallıq var.Həm bir iş qadını kimi,həm bir ana kimi necə məsuliyyətli və öz öhdəliklərini necə başa düşməlidir ondan bəhs edir.
#mütləqoxunmalıdırseriyasından
#mütləqoxunmalıdırseriyasından
Bənzər məhsullar
Bununla birlikdə alırlar