Kitabda buddizm, mistizm, İsa Məsih və yeni dövr Zen təliminə xas yanaşmalar sintezli şəkildə təqdim olunur. Bildiyiniz kimi, günümüzdə insan həyatı olduqca gərgin və stresslidir. Müəllif səbəblərdən biri kimi insanın öz daxili aləmindən uzaqlaşmasını, özünü zehinlə eyniləşdirməsini göstərir. Qeyd edir ki, indinin fərqində olan insan zehinin keçmiş və gələcəklə bağlı illüziyasına da inanmayacaq, onu aldatmasına imkan verməyəcək. Zehin insanda keçmiş və gələcəklə bağlı illüziyalar yaradaraq bizi içində olduğumuz zamandan ayırır, nəticədə stress və narahatlıq mənbəyinə çevrilir.
Müəllif kitabda oxucunun diqqətini indinin gücünə çəkməyə çalışır, keçmiş və gələcəyin düşüncədən başqa heç bir anlam ifadə etmədiyini vurğulayır, onlara həyatlarına nəzarət etmək üçün metodlar təklif edir. Qeyd edir ki, keçmişə və gələcəyə təsir etmək bizim gücümüz xaricindədir. Biz yalnız indiyə, içində olduğumuz ana təsir edərək həyatımızı dəyişə, xoşbəxtlik və hüzura qovuşa bilərik.
Siz də Ekhart Tollenin bu möhtəşəm kitabını oxumaqla indinin gücünə qovuşa, onu həyatınızı dəyişmək üçün istifadə edə bilərsiniz. Ən əsası, zehinin sizə oynadığı oyunlardan xəbərdar olacaq, müəllifin təklif etdiyi metodlardan istifadə edərək həyatınıza nəzarəti ələ alacaqsınız.
Üstünlüklər:
Bu kitabi oxudugum ucun cox xosbextem tamamile menim zovqumdedir ve cox gozel yeni bilmediklerimi mene oyretdi bu kitab. Ve bildiklerimi ise daha derinden basa dusmeyine komek etdi. Ve insani dogurudan da pozitiv menada yonlendirir bu kitab.
Mətni nəzərdən keçirin:
Indiki zamani redd ve ya inkar etdikde, ehemiyyetini azaltmaga calisdiqda iztirab yuku her oten saniye artmaqda davam edir. Zehin bunu geleceyi yaxinlasdirmaq ucun edir, hansi ki, gelecek zaman realliqda movcud deyil, yalniz zehindedir. ( bunun kimi , bir cox cpmleler var bu kitabda hansi ki, eslinde bunlari biz insanlar bilirik ancaq ehemiyyet vermediyimiz ucun heyatimizin gundelik zamanlarinda cox yanilmalar yasayiriq cox sehv dusuncelere qerq oluruq ve bu kutabdaki bu eslinde bildiyim bezi cumleler bizi vadr edirki eslinde bilmirdik uzden sethi olaraq yanasdigimiz seyleri daha derinden basa dusuruk ve heyatimizda müsbet olaraq iz qoyur bu kitab bizi gozel yonlendirir. Men oz adima bu kitabda bunu gordum. )
Ölüm siz olmayan her seyden uzaqlsmaq demekdir. Heyatin sirri olmeden once olmekdir. Bunu anladiqdan sonra olumun olmadigini derk edeceksiniz.