Qrant Bollmer və Ketrin Ginnes hesab edirlər ki, influenserlər sadəcə brendləri cəlbedici hala gətirməyə çalışan sosial media simaları deyil. Onlar kapitalizmdə baş verən yeni bir transformasiyanın fiqurlarıdır. Bu elə bir mərhələdir ki, burada “mən”in məntiqi ilə korporasiyanın məntiqi bir-birindən seçilmir. İnfluenser – Bollmerlə Ginnesin “korposen” adlandırdığı anlayışın simvoludur. Kapitalizmin elə bir dövrüdür ki, burada fərdlər canlı, nəfəs alan, danışan korporasiyalar statusuna yüksəlirlər. Asudəlik və həzz görüntüsünün arxasında əksər influenserlər çox vaxt cüzi qazanc müqabilində hər gün “mən” adlanan bir məhsul istehsal etməyə çalışırlar – brendlərin istifadə etdiyi xammal kimi. Onların arzusu satdıqları məhsullara sahib olmaq və onlara yatırım edərək insan formasında bir korporasiyaya çevrilməkdir. Müəlliflər bu kitabda influenser məzmununda kapitalizmin maddi infrastrukturunun izlərini axtarır. Bu əsər “mən”in bir əmtəə kimi istehsalının maddi reallığını nümayiş etdirərək müasir iqtisadi həyatın anlaşılmasına mühüm töhfə verir.
ISBN:
9789952599367
Janr:
Biznes
Nəşriyyat:
Teas Press Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Qrant Bollmer, Ketrin Ginnes
Səhifə sayı:
320
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar