Professor Endryu Martin dünyanın ən çətin riyazi məsələsini həll edir. Lakin tezliklə ciddi bir problem ortaya çıxır: o, insanlardan iyrənməyə başlayır! Görünüşlərindən də, yeyib-içmələrindən də, bitib-tükənməyən zorakılıq və müharibə arzularından da... Sanki tamamilə yad və fərqli canlılar arasına düşüb.
Sevgi və ailə anlayışları onu heyrətləndirsə də, planetin bütün sakinlərinə nifrət edir.
Son illərin ən dəyərli romançılarından olan müəllif bütün mürəkkəbliyə baxmayaraq həyatın içindəki xoşbəxtliyə və insan təbiətinə dair orijinal bir hekayə təqdim edir.
Əyləncəli və təsirli bir üslubla bizi bizə anladır.