Kitabda əsas müzakirə “on dörd əsr öncə yaranmış İslam qanunları hər an dəyişməkdə olan zamanın ehtiyaclarına necə cavab verə bilər” sualı ətrafında aparılır, bu çətin və geniş mövzunun həllinə çalışılır. Mürtəza Mütəhhəri, bəlkə də, bu mövzuda ilk müzakirə açan şəxslərdəndir. Müəllif bu mövzu daxilində “əxlaq”, “ədalət”, “vicdan” kimi bir çox əsas anlayışları təhlil edir, yeni-yeni fikirlər ortaya qoyaraq bu sahədəki sualları aydınlaşdırır. O izah edir ki, nə iddia edildiyi kimi zaman bütün dəyərlərin dəyişməsini tələb edir, nə də deyildiyi kimi İslamın bütün qanunları sabit və dəyişməz deyil; İslam dini zamanın müsbət dəyişikliklərinin, cəmiyyətin təkamülünün qarşısını almır. İslam qanunvericilik sistemi dəyişən ehtiyaclar müqabilində özü özünü tənzimləyən xüsusiyyətə sahibdir. Bir sözlə, Mütəhhəri kitabda “İslam və zamanın ehtiyacları” mövzusunda çox dəyərli konsepsiya ortaya qoyur.
ISBN:
9789952833850
Janr:
Din
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Mürtəza Mütəhhəri
Səhifə sayı:
576
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 4
Ən müasir dünyada dinlərlə bağlı güclü və dərin məzmunlu bir kitabdır. Çox yaxşıdır.
Bu kitab mənim üçün bir ilham və məsələlərdə nəyin əhəmiyyətli olduğunu daha aydın şəkildə göstərən bir rəhbər oldu.
İlk öncə kitabın adı məni cəzb elədi,daha sonra oxuduqca kitabdan ayrıla bilmədim.Həqiqətən çox fərqli və bir o qədərdə önəmli mövzudan bəhs edir.Hər kəsə tövsiyyə edirəm,oxusanız faydasını görəcəksiniz
Kitab əlimə çatan kimi oxumağa başladım.. cox gozəl tərcümədi. Rahat ve sade. Sifaris etdim bir gun erzində geldiler,baxmayaraq ki yaşadığım yer cox yerde taninmir kuryer asanliqla tapdi. Bu seraiti yaratdiginiz üçün tesekkurler 😍😍😍
Bənzər məhsullar