Umay adlı yeniyetmə qızın valideynləri düşməncəsinə ayrılıb bir-birləri ilə əlaqəni tamam kəsirlər. Onların hər ikisini çox sevdiyi üçün aralarında qalan zavallı qız növbə ilə gah atası, gah da anası ilə yaşamağa məcbur olur. Soyuq bir dekabr gecəsi atası ilə bərk mübahisə edən Umay anasıgilə getmək üçün əşyalarını yığıb evdən çıxır. Sonrakı dörd gün ərzində atası qızın anasının, anası isə atasının evində olduğunu düşünüb onunla maraqlanmırlar. Yalnız dörd gündən sonra məlum olur ki, gecə atasının evindən çıxan qız heç də anasının yanına getməyib. Dərhal polisə məlumat verilir, axtarış başlayır. İki gündən sonra isə Umayın meyiti dənizin sahilində tapılır. Məlum olur ki, qız təzəcə ölüb. Bəs on yeddi yaşlı qız keçən altı gün ərzində haralarda olubmuş, başına nələr gəlibmiş? Bu sirri açmaq polis kapitanı Ayxan Asayevə həvalə olunur. Bacarıqlı cinayət axtarışçısı dərhal işə başlayır. Lakin təhqiqat heç də rəvan getmir. Gənc zabitin şübhələndiyi şəxslərin sayı çox olsa da, uğursuzluqlar bir-birini əvəz edir...
ISBN:
9789952599671
Janr:
Detektiv
Nəşriyyat:
Teas Press Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Elxan Elatlı
Səhifə sayı:
396
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar