Antuan de Sent-Ekzüperi öz qısa ömründə iki həyat yaşayıb: təyyarəçi həyatı, bir də yazıçı ömrü. Əslində onun həyatının bu iki tərəfini bir-birindən ayırmaq da olmaz, çünki yazıçı Ekzüperinin azsaylı əsərləri təyyarəçi Ekzüperinin təcrübəsi, dünyagörüşü, hiss-həyəcanı hesabına yaranıb. Yazıçının şah əsəri sayılan “Kiçik Prins” povesti o ədəbiyyat örnəklərindəndir ki, həm uşaqlar, həm də böyüklər tərəfindən maraqla oxunur.
Kitabın şəkilləri və hekayələri çox maraqlıdır. Oğlum hər axşam onu oxumağımı istəyir. Təkrar-təkrar oxusaq belə, bezmirik.
Kiçik şahzadə kitabını alandan sonra oğlunun kitab oxumağa marağı daha da artdı. Bu da məni çox sevindirir.
Kiçik Şahzadə kitabı həm böyüklər, həm də uşaqlar üçün ruhlandırıcı bir əsərdir. Sadə, amma çox dərin fikirlərlə doludur.
Kiçik şahzadə kitabı övladımın düşünmə bacarığını artırdı. Mövzusu çox maraqlı və düşündürücüdür. Kitabdakı şəkillərdə çox yaxşı çəkilib.
Bu kitab uşaqlar üçün çox məzmunlu və maraqlıdır. Oğlum hər dəfə oxuyanda heyranlıqla oxuyur. Məncə hər kəs bu əsəri oxumalıdır, həm böyüklər, həm kiçiklər.
Bu mohtesem felsefi eseri usaqlarin deyil de yetishkinlerin mutleq oxumasini tovsiyye edirem.