Bu kitab uşaqlar üçün nağılvari, asan oxunan dillə uyğunlaşdırılmışdır. Kitabda əsərdən müxtəlif hissələri əks etdirən illustrasiyalar yer alır.
Bu nəfis tərtibatlı kitab poema əsasında yazılıb.
Leyli və Məcnunun məktəb illərində ilk görüşdən başlayan, son günlərinə qədər davam edən və heç zaman arası kəsilməyən sevgi hekayəsi asan anlaşılan, sadə nağıl dilində nəql olunur.
Kitab əsasən məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Nizami Gəncəvinin “Leyli və Məcnun”u dünya klassikasının nəhəng əsərlərindəndir. Həmçinin, "Xəmsə"yə daxil olan beş əsərdən biridir.