Uşaqlar üçün yüzlərlə macəra və həyəcan dolu kitabın müəllifi olan Roald Dahlın "Matilda" romanı yeni tərtibatda!
Valideynlərinin fərsiz hesab elədiyi Matilda əslində, olduqca istedadlı, qeyri-adi balaca qızdır. Getdiyi məktəbin evdən fərqli olacağına ümid edən Matilda burada da məyusluqla qarşılaşır. Çünki, orada balaca uşaqlara nifrət edən qəddar məktəb direktoru – Xanım Trunçbul ilə üzləşir.
Bir dəfə Trunçbul Matildaya zərbə vuranda o, qəflətən özündə fövqəladə güc olduğunu kəşf edir. Beləliklə Matildanın şər qüvvə Trunçbula qarşı savaşı başlayır!
Çox maraqlıdır. Matilda balaca bacımın sevimli qəhrəmanıdır. Bu kitabı oxumaq onun əsl sevimli məşğuliyyətidir. Hər gün yorulmadan oxuyur.
Gülay
Roald Dahlın kitablarını oxumamın ən əhəmiyyətli səbəbi onun təsadüfi və maraqlı fikirləri idi. Hər bir səhifədə yeni bir macəra, yeni bir təəssürat yaşadım
Nübar
Dahl'ın yazdığı əsərlər məni çox əyləndirir. Həyatın gözəlliyini göstərməkdə onun bacarığını və zəkasını çox bəyənirəm
Xuraman Qasımova
Dahlın kitablarında unudulmaz və xarizmatik personajlar var. Bu Matilda personajını qızım oxuduqca təxəyyülündə canlandırır. Yorulmadan oxuyur.
Təhminə
Həqiqətən maraqlı və həyəcan dolu bir kitabdır.
Rəsubə
Rəfiqəmin qızına hədiyyə etdim. Çox xoşuna gəldiyini və məktəbdən sonra hər gün sevərək oxuduğunu deyir.
Şəfa
Uşaqların oxuya biləcəyi ən maraqlı kitablardan biridir. 👍👍👍👍 Uşağınız üçün düşünmədən ala bilərsiz
Elmira
Çox çox maraqlı kitabdır. Oğlumla birgə oxuyuruq. Onunda çox xoşuna gəlir, özüm isə daha çox bəyəndim 😀🤭.
Təranə
Qardaşımın uşaqlarına almışdım. Kitab elə maraqlıdirki bacı qardaş öz aralarında paylaşa bilmədilər ikisidə tez oxumaq istəyirdi. Nəysə axırda qərara gəldik ki ikinci kitabıda sifariş verək. Hərə öz kitabını oxusun. İkinci kitabımız gəlib evdə sükut yaranıb. İkisidə kitabını oxuyur. 😀😀😀
Senan
Mohtesem kitabdir.Bacimin en sevimli kitabidir.Mende severek bu eseri oxumusam.Indi de bacim elinden qoymur kitabi.👍👍👍📕📘
Məhbubə Poladova
İllər əvvəl Ronald Dahlın uşaqlar üçün yazdığı əsərlərdən bir neçəsini oxumuşam.Matilda əsəri isə daha çox xoşuma gəldi.Qızımla birgə oxuyuruq.Hətta onu da deyərdim ki,o qədər maraqlı gəldi ki mənə,özüm artıq bitirmişəm,amma qızımla birgə təkrar oxuyuram.Kitabdakı illustrasiyalarda çox maraqlıdır.Məncə bu kitabı təkcə uşaqlar deyil,valideyinlərdə oxumalıdır,öz uşaqlarını daha dərindən tanımaq üçün bir vasitə olar.