Bütün dünyada uşaqlar, eləcə də böyüklər tərəfindən çox sevilən Roald Dahl məşhur uşaq ədəbiyyatı və qısa hekayələrin ən yaxşı Britaniyalı müəllifidir. O, eyni zamanda, şair və ssenarist olmuşdur. II Dünya müharibəsi zamanı ordu sıralarında döyüşlərə qatılmış və başından zədə almışdır. Onun kitabları dünya üzrə 300 milyon nüsxədən çox satılıb.
1 (1).png
Roald Dahl "XX əsrin uşaqları üçün ən böyük hekayəçilərdən biri" adlandırıldı. Onun ən məşhur romanları olan "Çarli və şokolad fabriki""Matilda" bir neçə dəfə müxtəlif adlarla ekranlaşdırılmışdır. Hətta "Matilda" romanı yaxın keçmişdə Netflix izləyicilərini də təəccübləndirə və sevindirə bilmişdi. 
2023-cü ilin dekabrında ekranlara çıxacaq olan və artıq haqqında xeyli xoş fikirlər səslənən, dünya kino tənqidçilərinin yüksək qiymətləndirdiyi "Wonka" filmi də "Çarli və şokolad fabriki" romanı əsasında çəkilmişdir. 
Romanda olduğu kimi filmdə də əsas hadisələr bir şokolad fabrikində cərəyan edir. Həyəcan dolu, rəngarəng səhnə effektləri, bənzərsiz kostyumları və musiqiləri ilə izləyiziləyinə yüksək zövq vəd edən film öz uşaqlıqlarını Roald Dahlın macəraları ilə rəngləndirən yetkinlər üçün böyük sevinc, macərapərəst balacalar üçünsə böyük ilham mənbəyidir. 
WONKA_INSTA_VERT_Willy_Wonka_1638x2048_DOM.webp
Bəs "Wonka" filmi haqqında bunları bilirsiniz?
 
1. Film məşhur uşaq yazarı Roald Dahlın "Çarli və şokolad fabriki" kitabının əsasında çəkilmişdir.
 
2. Film və kitab şokolad fabrikinin sahibi Çarlinin komik gənclik macəralardan ibarətdir.
 
3. Film dekabrın 14-dən etibarən Azərbaycan kinoteatrlarında nümayişə başlayacaq. 
 
4. Filmin baş rollarını Timothée ChalametKeegan-Michael KeySally Hawkins kimi məşhur aktryorlar canlandırıb.
5. Film musiqili fantaziya janrında çəkilmişdir və yüksək keyfiyyətli səhnə effektləri ilə fərqlənir.
 
6. Kitabla film arasında bəzi fərqli məqamlar var. Bunları tapmaq üçün filmi izləməzdən öncə kitabı oxumaq tövsiyə olunur. 
 
6. "Çarli və şokolad fabriki" kitabını Alinino.az saytından 20% endirimlə indi sifariş edə bilərsiniz.