Məad, yaxud esxatologiya səmavi dinlərin ən önəmli prinsiplərindən biri hesab olunur. Bu baxımdan məad anlayışı Quranda da geniş şəkildə yer almaqdadır... Kitabda Mürtəza Mütəhhəri əvvəlcə məadla bağlı müxtəlif təfsir və düşüncələri qeyd edir, sonra isə onları saf-çürük edərək doğru bildiyi görüşü fəlsəfi metodla isbat etməyə çalışır. Digər tərəfdən, müəllif məad probleminin ruh mövzusu ilə sıx əlaqəsi olduğuna görə ruh-bədən mövzusunu təhlil edir, o dövrün müsəlman ziyalılarının yeni nəzəriyyəsi hesab olunan “şüurlu bədən” tezisini tənqid edir və buna cavab olaraq “ruhun mücərrədliyi” görüşünü irəli sürür. Kitabın sonuncu iki fəslində isə müəllif məadla bağlı identiklik probleminə toxunur və öz həll yolunu təqdim edir. Bu kitab mövzu baxımından “Teizm seminarları” və “Peyğəmbərlik anlayışı” kitablarının davamıdır.
ISBN:
9789952525267
Janr:
Fəlsəfə
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Mürtəza Mütəhhəri
Səhifə sayı:
296
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar