Kitab məşhur roman "Hərcayı"dın davamıdır.
Viran qalmış keçmişin yetirməsi olan yaralı bir oğlanla ən az
elə özü qədər yaralı bir qızın parçalanmış sevgi hekayəsi. Xəyalları
puç olnmuş qızın yenidən xəyal qurmağı öyrənməsinin, hərcayi
bir adamın məftuna çevrilməsinin hekayəsi...
Nə bir vida kəlməsi, nə də haqlı bir üsyan – heç nə onu sev-
məməyə and içdiyi bu adamın qarşısında güclü saxlaya bilmədi.
Dodağından süzülən hər bir üsyan qarşısındakı aşılmaz divarları
bir az yıxsa da, onu heç vaxt bağışlamayacağı haqqında andı var
idi. Əsla boyun əyməyəcək, xəyanətini unutmayacaq, o adamı ye-
nidən sevməyəcəkdi. Amma olmadı... Andlarını pozduran, zülmət
bir gecədə əllərindən tutan da elə onu yıxan adam idi...
Yaralı idi, lakin o adam da yaralı idi... Sevirdi, lakin o adam
daha çox sevirdi...