Gülsərən Budayıcıoğlunun "Pəncərədəki qız" romanı füsnkar bir sevgi əhvalatını danışır.
İnsanın ürəyini yandırıb-yaxan, həm sevdiyini, həm də özünü oda salan sevgi... Və onun qurbanı...
Ayrılıq qədər insanın canını yandıran başqa bir hiss də varmış: aldadılmaq! Müəllif deyir bunu. Elə roman da aldadılmağın insan ruhunda açdığı dərin yaralardan danışır. Müəllif həm psixiatrdır, həm yazıçı. O öz kitablarında həmişə gerçək həyat hekayətlərini qələmə alır. Yaşanmış hekayətlər təxəyyül məhsulundan çox fərqlənir. Və bu əhvalatların sonunu müəllif deyil, həyat özü müəyyən edir.
ISBN:
9789952382778
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Gülsərən Budayıcıoğlu
Səhifə sayı:
416
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 25
Həmdullayeva Təhminə
Bu əsərdə ən çox Muzaffərin obrazını bəyənirəm. Belədə ki, ümumiyyətlə möhtəşəm əsərdir.
Qəmzə Eyvazova
Fəridə qızı Səmanın ondan uşaq dünyaya gətirən zaman öldüyününə görə, ömrü boyu doğma qardaşını günahlandır. Amma bu günahda Səmanında payı var. Mən belə düşünürəm. Əsərin ən günahsız qəhrəmanı Nalandır! O, sadəcə bir yalnış adımnan dünyaya gəldiyi üçün hər gün əziyyət çəkir. Bu haqsızlıq deyilmi sizcədə?
Əsmər
Məndə çox bəyəndim 👍🩵💛.
Əfsanə
Oxuduğum ən gözəl sevgi hekayəsidir. Hər kəsə tövsiyə edirəm.
Roza
Gülsərən Budayıcıoğlunun bu möhtəşəm əsəri əsasında çəkilmiş serialıda izləmişəm. Bu zamana kimi oxuduğum ən maraqlı əsərdir. "Pəncərədəki qız" əsərindən sora da kitablar oxumuşam amma bu əsəri unuda bilmirəm hələdə.
Leyli Cəfərzadə
İllərimi bədii kitablar oxumağa həsr etmiş biriyəm. Amma bu dərəcədə maraqlı bir roman oxumamışdım. Nalanın həyat hekayəsi çox təsirlidir. "Pəncərədəki qız" serialınıda izləmişdim. Amma kitabda daha da maraqlıdır. Romanın hər bir qəhrəmanı maraqlıdır. Hayri məndə nifrət hiss oyatdı özünə qarşı. Zavallı Nalan güvəndiyi hər kəsdən zərbə alır.
Aygül
Çox maraqlı, heyrətamiz bir əsərdir. Oxuduqca oxumaq istəyirəm. Kitabın tərcüməsini və tərtibatını da bəyəndim. 👍❤️📖
Mədinə Alıyeva
Serialını izləmişəm. Amma kitabını oxumaq tam ayrı hisslər yaşatdı məndə. Oxumamısınızsa mütləq oxuyun.
Sona
Mən bu əsərin serialinida izlemisem. Mohtesem eserdir. Qeyri adi mozvusu var.
Ləman Süleymanova
Budayıcıoğlu, sevgi və insan münasibətlərini dərindən əhatə edən əsərlər yazıb.
Ülkər
Sevərək oxudum, əladır 👍👍❤️❤️.
Nazilə
Srialini izlemisdim maraqli idi . Eyni hevesle kitabinida oxudum. İnaninki əsər kitabda daha-daha da maraqli imis
Ruhiyyə
Sevərək oxuduğum romanlardan biridir.
Banu
Çox maraqlı əsərdir, oxumaqdan böyük zövq aldım ❤️
Jalə
Həm əsəri həvəslə oxudum, həm də serialını sevərək izlədim.
Şəfa
Pəncərədəki qız" əsəri əsasında çəkilmiş serialıda izləmişəm. Gülsərən xanım obrazları elə təsirli çatdırib ki, oxucularına oxuduqca emossiyalarıma hakim olabilmirdim. Məsələn əsərdəki Hayri obrazı məndə nifrət yaratdı. Buda bir yazarın ən üstün bacarığıdı.
Hüseyn
Serialını izləyirdim, çox xoşuma gəlmisdi. İndi də kitabını oxuyuram, superdir.
Əfsanə
Budayıcıoğlunun əsərlərində güclü qadın obrazlarına tez-tez rast gəlirik. Bu personajlar gender rollarına və qadınların səlahiyyətlərinə toxunur.
Aynurə
Nə yaxşı ki, bu əsəri ana dilimizə tərcümə etmisiniz. Öz doğma dilimizdə oxumaq bir ayrı zövqlüdür. Çox sevindim və sevərək oxudum. Təşəkkürlər ❤️
Nübar
Kitabımı götürdüm. Xidmətinizdən razı qaldım. Çox sağ olun.
Humay
Məndə çox dərin izlər buraxdı Pəncərədəki Qız əsəri. Oxuduqca çox təsirləndim. Kitabın tərcüməsininin və redaktəsinin də yaxşı olmağı diqqətimi cəlb etdi. Təşəkkürlər.
Nərgiz
Serialını izləmişdim amma kitabını oxumaq tam başqa maraqlı gəldi mənə. Əsərin gerçək həyat hekayəsinə əsasən yazılması daha çox düşündür insanı. Serialı izləmisizsə bir də kitabını oxuyun məncə, müəllifin öz dilindən dinləsəniz heyran qalacaqsınız əsərə.
Arif
Tərcüməsinə söz ola bilməz. Oxuduqca həzz aldım.
Lale
Oxuduqca elə dərindən hiss elədim ki hər sətri. Özümdə çatışmayan cəhətlərimin uşaqlığımdakı hansı hadisələrlə bağlı olduğuna nəzər yetirdim. Kitab mənsə sanki bir psixoloqla danışırmışam kimi təsir göstərdi.
Jasmin
Pəncərədəki qız filmini izləyirəm amma kitabı daha çox xoşuma gəldi.Kitabı filmdən daha təsirli və həyəcanveridir.Oxuduqca özümü baş verən hadisələrin içində hiss edirəm.Çox maraqlı əsərdir