Zavallı bəşər övladının dərkolunmaz sirli qüvvələr qarşısında acizliyi, həmişə onların qurbanına çevrilməsi Frans Kafkanın “Məhkəmə” (1914) romanının əsas ideyasını təşkil edir.
...Otuz yaşı tamam olan günü, heç bir günah işlətməsə də, vicdanlı, işgüzar bank məmuru Yozef K. həbs olunur və iş gedib məhkəməyə çıxır. Yozef K. günahsız olduğunu bilsə də, baş verənlərə soyuqqanlılıqla yanaşmağa çalışsa da, bu xəbərdən sonra nə yaşadığı evdə, nə də işdə rahatlıq tapa bilmir, daim bu gizli, qeyri-adi məhkəmə barədə düşünür. Sirli məhkəmə çoxmərtəbəli bir binanın çardağında yerləşir, işçilərinin, eləcə də mühakimə etdiyi adamların sayı-hesabı yoxdur. Burada hamı günahkardır və heç kəsin günahı üzündən oxunmasa da, hamı cəzasını çəkməlidir. İlk günlər bu məhkəmədən lap tezliklə canını qurtaracağına əmin olan Yozef yalnız özünü müdafiə etməklə kifayətlənmir, oradakıları cəsarətlə tənqid edir, “qanun keşikçilərini” qanunsuzluqda günahlandırır. Lakin daxilində baş qaldırmış etiraz hissləri tədricən zəifləməyə başlayır və o da axırda bu müəmmalı məhkəmənin sehrinə düşür, sakit, rahat həyatı öz məcrasından çıxır, daxilində baş qaldırmış narahatçılıq, günah hissləri onu hətta çağırılmayanda da ora aparır, çünki bu gözəgörünməz məhkəmə artıq onun iradəsini, ağlını əlindən alıb, sehrləyib, öz əsirinə çevirib...
ISBN:
2000051777966
Janr:
Klassika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Frans Kafka
Səhifə sayı:
240
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 6
Hekayənin quruluşu çox maraqlı idi, baş verən hadisələr mənə müxtəlif həyat dərsləri verdi.
Əsərin süjet xətti məni dərhal özünə cəlb etdi. Xarakterlərin dərinliyi və təsvirlər mükəmməl idi. Məhkəmə olduqca maraqlı əsərdir.
Yozefin günahının bilinmədən həbs edilməsi çox qəribə idi. Hər şey o qədər absurd və anlaşılmaz idi ki, oxuduqca düyünləri çozmeyə çalışırdım. Amma son səhifələr möhtəşəm sonluğla birir. Kafkanın yaratdığı bu məhkəmə sistemi, həqiqətən, insanı dəli edir. 👍👍👍👍👍👍Təkrar eyni maraqla oxuyaram, mən bu kitabı!
Düzgün tərcümə olunub, kitab. Gecələr oxumaq mənim üçün yaxşıdı. Mən bəyəndim. Əminən hər kəs bəyənər bunu.
Kitab rəfimdə xüsusi yer aldı bu əsər. Çox xoşuma gəldi.
Frans Kafkanın yazılarını oxumaq həmişə maraqlı olub mənə. Klassik uslubda yazdığı bu kitabı da maraqlıdır.
Bənzər məhsullar
Bununla birlikdə alırlar