Oxuculara təqdim olunan bu topluda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin bir sıra məktubları, eləcə də onun 1934-cü ildə İstanbulda işıq üzü görmüş "Şəfibəyçilik" adlı əsəri latın qrafikası ilə Azərbaycan dilində ilk dəfə nəşr edilir. Kitabın "Məktublar" adlı birinci bölümündə M.Ə.Rəsulzadənin müxtəlif illərdə Əlimərdan bəy Topçubaşova və Ceyhun bəy Hacıbəyliyə ünvanladığı məktublar toplanıb. Həmin məktubların bir hissəsi Topçubaşovun Parisdə saxlanan şəxsi arxivindən götürülüb. M.Ə.Rəsulzadənin Azərbaycan mühacirətinin digər nümayəndəsi Şəfi bəy Rüstəmbəylinin 1933-cü ildə İstanbulda nəşr edilmiş "Yıxılan bütlər" kitabına cavab olaraq yazdığı "Şəfibəyçilik" əsəri isə həmin illərdə Azərbaycan Milli Məclisi daxilində baş verən fikir ayrılıqlarına həsr olunub. Kitabda yer alan bütün bu sənədlər həm Rəsulzadə irsinin, həm də XX əsrin 20-30-cu illərində Azərbaycan siyasi mühacirəti daxilində baş vermiş proseslərin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
ISBN:
9789952310498
Janr:
Memuar
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Məhəmməd Əmin Rəsulzadə
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 3
Bu kitabı oxumaq mənim üçün çox maraqlı və faydalı oldu. Tarixi hadisələr çox detallı və aydın şəkildə izah edilmişdi. Tarix ilə maraqlanan hər kəsə tövsiyə edirəm.
Bu kitab qiymətli bir xəzinədir sanki. Kaş hər kəs bu kitabı oxuya, Rəsulzadənin dövlətcilik haqqında fikirləri ilə tanış ola.
Kitab, Məhəmməd Əmin Rəsulzadənin çeşidlənmiş məktublarını birləşdirərək onun fikir və təfərrüatlarını daha yaxşı anlamağa kömək edir. Rəsulzadənin dövrünün sosial və siyasi məsələlərini, özünün vətəni üçün olan məsuliyyətini və fikir formasını açığa çıxaraq oxuculara dövrünün mühüm bir hissəsini təqdim edir. Məktublar arasında Rəsulzadənin müstəqil Azərbaycan dövləti üçün öz fikir və planlarını izləyə bilirik.
Bənzər məhsullar
Bununla birlikdə alırlar