Loyd Amerika mafiyasının içində böyüsə də, qorxaq təbiətli biridir. Uşaqlıqda ailəsini itirdikdən sonra Norton onu himayəsinə götürmüş və çirkli işlərində istifadə etmişdir. Loyd isə Nortona həm dərin qorxu, həm də kor-koranə sədaqət bəsləyir, Nortonun sözünü qanun hesab edir. Narkotik və silah alveri ilə məşğul olan Norton, müxtəlif baronların iştirakı ilə Nevadadakı qızıl mədənini qarət etmək planı qurur. Bu plan Loydu oğurlanmış qızıllar, qaçaqmalçılıq marşrutları və təhlükəli hesablaşmalarla dolu hadisələrin mərkəzinə sürükləyir. Roman oxucunu qaçaqmalçılıq, gizli razılaşmalar və cinayət dünyasının içinə aparır. Nüfuzlu şəxslər arasındakı qarşıdurmalar, xəyanətlər və hakimiyyət uğrunda mübarizə hadisələrin istiqamətini dəyişir. “Mən Lordam!” sevgi, sədaqət, qorxu və seçimlər haqqında cinayət-macəra romanıdır. Gərgin süjet və gözlənilməz hadisələr oxucunu sonadək maraqda saxlayır, final isə həqiqətlə görünən tərəf arasındakı sərhədi yenidən düşünməyə vadar edir.
Janr:
Detektiv
Nəşriyyat:
Bookprint
Cild:
Yumşaq
Müəllif:
Həsən Əliyev
Səhifə sayı:
168
Dil:
Azərbaycan
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar