Kitab müxtəlif yollarla inkişaf etmək istəyən, məqsədsiz və məqsədli baxışlara malik “yaxşı oğlan” və “ağıllı qız” obrazları üzərində qurulub. Məqsədli və məqsədsiz işgüzar inkişaf baxışlarına malik, eyni yaşda olan, eyni məktəbdə oxumuş, hətta universitetdə eyni ixtisasa qəbul olan iki güclü tələbə gəncin həyat tərzi qarşılıqlı müqayisə edilir və nəticə çıxarmaq oxucuların ixtiyarına verilir. “Yaxşı oğlan” yaxşı oğlan və yaxşı qızları, “ağıllı qız” isə ağıllı qız və ağıllı oğlanları təmsil edir. Amma hansı kateqoriya nümayəndəsinin işgüzar inkişaf üçün önəmli obraz olduğunu oxucu özü müəyyənləşdirməlidir. Gənclərin işgüzar inkişafına kömək edəcək bu kitab çox sadə dildə yazılıb. Kitabda işgüzar inkişafın müxtəlif mərhələlərində olan və müəllifin də şəxsən tanıdığı şəxslərin həyatındakı real hadisələrə də yer verilib.
ISBN:
9789952313567
Janr:
Fərdi inkişaf-Motivasiya
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Nadir Adilov
Səhifə sayı:
200
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 3
Kitab məni motivasiya etdi və mənə yeni bacarıqlar qazandırdı. İşimdə daha məhsuldar olmağa başladım.
Əla kitabdır. Müəllifin izah etdiyi texnikaları tətbiq etməklə öz həyatımda çox dəyişikliklər gördüm. Sizə də tövsiyə edirəm.
Müəllifin göstərdiyi üsullarla özümə qoyduğum məqsədlərə daha tez çatmağa başladım. Həyatıma daha çox nəzarət edirəm.
Bənzər məhsullar
Bununla birlikdə alırlar