Molli doğulandan bir neçə gün sonra onu “Mun zefirləri” qutusunun içində yetimxananın qapısına qoyublar.
O, ömrünün 10 ilini qarımış Adderstonun rəhbərlik etdiyi Hardvik yetimlər evində yaşayıb. Möcüzəylə dolu Hipnotizm kitabını tapandan sonra onun həyatı dəyişir. Özündə böyük istedad olduğunu kəşf edir. Ona məlum olur ki, insanlara nə əmr etsə, onlar da ona əməl edər.
Beləcə, Molli yetimxanadan canını qurtarır və şöhrət, var-dövlət tapmaq ümidi ilə Nyu-Yorka üz tutur. Lakin Molli burda təhlükəli düşmənlə üz-üzə gəlir. Nokman adlı bir kişi ona bank yarmağı təklif edir, təklifini yerinə yetirməsə, onun sirrini hamıya deyəcəyi ilə hədələyir.