Bizim zamanda şirkət yalnız o vaxt gəlirlə işləyəcək ki, onda əməkdaşlıq ruhu hökm sürsün, rəhbər vəzifələri dəqiq müəyyənləşdirsin, hər bir əməkdaş isə öz iş yerində şirkətin uğurunun qeydinə qalsın. Ona görə də rəhbərlərin öz ətraflarına istedadlı əməkdaşları toplaması həmişə çox mühümdür. C.C.Foksun kitabı bu çətin vəzifəni yerinə yetirmək üçün sınanmış və qeyri-standart tövsiyələrdən ibarətdir. Tövsiyələr müəllifin və bir sıra Amerika şirkətlərinin aparıcı top-menecerlərinin real təcrübələrinə əsaslanmışdır və yüksək səviyyədə praktiki əhəmiyyət kəsb edirlər.
Kitab həm hazırda fəaliyyət göstərən rəhbərlər, həm də vəzifə tutmağa çalışanlar və gələcəkdə böyük rəhbər olmaq istəyənlər üçün nəzərdə tutulmuşdur.
ISBN:
2000023353402
Janr:
Biznes
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Jeffrey J. Fox
Səhifə sayı:
135
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 2
Böyük rəhbər olmağın yalnız səlahiyyət sahibi olmaq demək olmadığını, empatiya, dinləmə bacarığı və insanlara ilham vermək bacarığını tələb etdiyini öyrəndim. Xüsusilə effektiv liderlərin real həyat təcrübələrini oxumaq məni çox təsirləndirdi. Kitabdan öyrəndiyim texnikaları gündəlik həyatımda tətbiq etməyə çalışıram və artıq nəticələrini görürəm.
Kitab əla! Foxun yazdıqları sadəcə nəzəriyyə deyil, tətbiq edilə bilən məsləhətlərdir. Oxumağa dəyər.
Bənzər məhsullar
Bununla birlikdə alırlar