Jozef İkinci Dünya müharibəsindən əvvəl doğulmuş yəhudi uşağıdır. 1942-ildən, hər yerdə olduğu kimi, Belçikada da nasistlər yəhudiləri təqib edirdilər. Bu basqınlar zamanı Jozef valideynlərindən çox erkən ayrılır. Xeyirxah insan Ata Pons onu himayə edir, xilas etmək üçün internat məktəbində, katolik pansionatları arasında gizlədir. Pansionatda yaşadığı üç il ərzində Jozef onu düşündürən “niyə yəhudilər insanlara, Allaha olan münasibətlərində hörməti, xristianlar isə sevgini əsas götürür?” kimi sualların mənbəyi olan vəziyyətinə nəzər salır, yəhudi dini ilə xristian dini arasındakı digər fərqləri, eyni zamanda, dostluğun gücünü və mədəniyyəti ötürməyin vacibliyini öyrənir. Faciəli tarixi kontekstdə yazılan bu sadə və təsirli əsər ümid və həyatla doludur. İnsanların dostluğunu və barbarlığını, sivilizasiyanın məhv olmaq təhlükəsini və onun mümkün müdafiəsini Ata Ponsla kəşf edən Jozefin səyahəti vasitəsilə oxucular əsərin əsas qayəsini başa düşəcəklər.
ISBN:
9789952387865
Janr:
Klassika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Erik Emmanuel Şmitt
Səhifə sayı:
144
Dil:
Azərbaycan
Seriya:
Mini Klassika
Метка:
Ekspress
Çəki, g:
250
Məhsul haqqında rəylər 2
Göstərdiyiniz yüksək xidmətə görə sizə təşəkkür edirəm, saytınızın yeni quruluşunu da çox sevdim. Sifariş etmək olduqca rahat oldu. Kitabı da bəyəndim, elə ilk səhifələrindən diqqətimi cəlb etdi . Təşəkkürlər.
Dünən gecə sifariş verdim, səhər iş saatı yenicə başlamışdı ki, karqo çatdı. Belə sürətli xidməti heç gözləmirdim.
Bənzər məhsullar
Bununla birlikdə alırlar