www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Telefonla elə indi sifariş edin!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
Lev Tolstoyun “Sergi ata” povesti ikiləşmiş insan şəxsiyyəti, öz həyatını yaşamayan insanın faciəsi haqqında olan bir əsərdir. Əsərin qəhrəmanı Kasatski əxlaqına və davranışına görə onu əhatə edən cəmiyyətdə, insanlar arasında nümunəvi adam sayılırdı. Kasatskinin məqsədi hamıdan tərif eşitmək, özünün yaxşı, əxlaqlı, fərqli olduğunu hamıya sübut etməkdi. Bu mənada Korotkova (Meri), Kasatskinin şöhrətpərəstliyinin cəzası idi. Kasatski bu cəzadan sonra da ayılmır, Sergi ata olmaq, paklanmaq yolunda “irəliləyir”. Əslində, Kasatskidə ad dəyişməsindən başqa heç nə baş vermir. Kasatski daxilən olduğu kimi qalır, zahirən isə Sergi ataya çevrilir. Sonda isə həqiqəti dərk edir.
Yanaşı məhsullar
Oxşar məhsullar
şərhlər0
şərhlər