Elinor Porter Nyu-Hempşir ştatının Lillton kəndində dünyaya gəlib. Elinor uşaqlıqdan musiqini sevdiyi üçün çoxları onun müğənni olacağını düşünürdü. O, Boston şəhərində musiqi təhsili alır, lakin ailə qurduqdan sonra musiqidən uzaqlaşmalı olur. Sonradan yazıçı Nyu-York şəhərinə köçür və orada hekayə topluları və "Axını keçmək" adlı ilk romanını çap etdirir. Ona əsl şöhrəti isə "Pollianna" əsəri gətirir.
Maraqlıdır ki, bu əsərdən sonra psixologiya elmində "Pollianna prinsipi" termini tətbiq edilməyə başladı. "Pollianna prinsipi" psixoloji fenomendir.