Psixologiya sahəsində geniş çeşidli, məşhur və təsirli kitablar var. Lakin hər kəsin zövqü fərqli olduğu üçün “ən çox oxunan” kitablar haqqında tam obyektivlik təmin etmək çətindir. Alinino.az saytı sizə , maraq doğuran, geniş oxucu kütləsi tərəfindən tövsiyə olunan və şəxsi inkişafınıza dəstək verəcək 10 psixoloji kitabı təqdim edir:
Həyat mozaikasının beş əsas fraqmenti-Cim Ron
Bu kitabda Cim Ron özünəməxsus, unikal stildə, daha yaxşı həyat axtarışında olan insanlara ümid, ilham və suallarına cavab ola biləcək ideya və fikirlərini çatdırır. Bu kitab, müəllifin “Siz halhazırda malik olduğunuzdan daha çox şeyə nail ola bilərsiniz, çünki Siz daha böyük olmaq imkanına maliksiniz” fikri ilə şərik olanlara real dəyərlər və ilham bəxş edir.
Ferrarisini satmış rahibin gizli məktubları" - Robin Şarma
Məşhur Kanada yazıçısı Robin Şarmanın çox böyük maraqla oxunan “Ferrarisini satmış rahibin gizli məktubları” əsərində bütün varlığı ilə işə bağlanan, daim vəzifəsində irəli getməyə can atan, daha çox varlanmağa köklənən və buna görə də öz şəxsi həyatı və sevimli ailəsini az qala tamamilə unudan bir şirkət işçisinin həyatından bəhs edilir.
Beyin sənin hekayən- David Eagleman
Kəllə sümüyünün altında sükut və qaranlıq içində gizlənən beyin bizim gerçəkliyimiz və identikliyimiz haqqında nələr danışır? Varlığımızın bu sirli hücrəsinə səyahət etmək istəyirsinizsə, məşhur neyrobioloq Devid İqlmenin (David Eagleman) söhbətinə qoşulun.
Qazanmaq üçün danış- Brian Tracy
Dünyanın ən qabaqcıl natiqlərindən və fərdi uğur ekspertlərindən biri kimi Brayan Treysi ideal instruktordur. Qazanmaq üçün Danış kitabında Treysi, oxuculara güclü təqdimat etmək, böyük və ya kiçik olmasından asılı olmayaraq istənilən auditoriya qarşısında güclü nitq söyləmək imkanı verən zamanın sınağından keçmiş üsullar təqdim edir.
Atomik vərdişlər– James Clear
Ceyms Klir vərdişlər, motivasiya və iradə gücü haqqında mifləri ləğv edir. Elmi məlumatlar, tədqiqat nəticələri, şəxsi və uğurlu insanların təcrübəsinə söykənərək yaxşı vərdişləri qaçılmaz, pisləri isə qeyri-mümkün etməyin yollarını sadə və başa düşülən dildə izah edir.
İçimizdəki güc-Luiza Hey
Luiza L. Hey tutulduğu xərçəng xəstəliyini öz daxili gücü ilə sağaltmış və bu sahədə öz təcrübələrinə əsaslanan kitablar yazmışdır. Eyni zamanda, insanın öz gücü ilə bədənini və həyatını necə şəfalandırmaq haqda hərakata təkan vermişdir.
Bədən dili- Allan və Barbara Piz
Allan və Barbara Pizin “Bədən dili haqqında mükəmməl kitab“ı “ətrafdakıların fikirlərinin onların jestlərinə görə oxunması” ilə bağlı hər kəsin şəxsi həyatının tamamilə bütün aspektlərinə və peşəkar fəaliyyətlərinə toxunur.
Mən necə özüm oldum- İrvin D. Yalom
Hafizə etibar olunası hadisə deyil, bu baxımdan əlinizdəki kitab öz keçmişinin əhəmiyyətini dərk edən biri üçün əsl xilasdır. Dünyaca məşhur bestseller müəllifi və populyar psixoloq İrvin Yalom bu yeni kitabının səhifələrində öz həyatının ən vacib məqamlarını əks etdirib.
Dostları necə qazanmalı və insanlara təsir etməli- Deyl Karnegi
Altmış ildən çoxdur ki, Carnegie`ninkitabları bu gün çox məşhur olan minlərlə insanın biznes və şəxsi həyatında uğur qazandırıb.Siz bu kitabdan öz imkanlarınızdan maksimum səmərəli istifadənin yollarını mənimsəyəcəksiniz.
Sağlam cəmiyyət- Erix Fromm
Görkəmli sosioloq və psixoloq kimi Fromm müasir cəmiyyətdə sosial patologiyanın formalarını analiz edir və onları özünün həm də “normativ humanizm nəzəriyyəsi” adlandırdığı “tarixi inkişaf nəzəriyyəsi”ndə kəskin tənqid edir. Passiv və seyrçi-müşahidəçi filosoflardan fərqli olaraq, Fromm sağlam cəmiyyət qurulması üçün yol göstərir. Bu – sosial terapiya metodları ilə cəmiyyətin humanistləşdirilməsidir.
Bu kitablar şəxsi inkişaf sahəsində önəmli və xüsusi düşüncə üslublarından bəhs etməklə geniş oxucu kütləsinin diqqətini cəlb edən kitablardır. Lakin bu siyahı şəxsi maraq intensivliyindən və oxumaq üstünlüklərindən asılı olaraq dəyişə bilər.