"P.S. Mən səni sevirəm" bestselleri sevginin ölümdən güclü olması haqqında müasir bir hekayətdir.Sevimli ərini itirən 30 yaşlı Holli Kennedi ümidsizliyə qapılır, evdən çıxmır,hamı ilə əlaqəni kəsir.Və qəfildən içi məktublarla dolu bir baglama alır:bu məktubları bir-bir,həmdə ayda cəmi birini açmaq olar,özü də onları yoxlugundan bu qədər əzab çəkdiyi insan yazıb...Sən demə, ölümündən bir qədər əvvəl o,sevdiyi qadına kömək etmək qərarına gəlib və bu məktubları yazıb.Növbəti məktubu açmaq üçün qadın hər ayın birini böyük səbirsizliklə gözləyir, orda yazılanlara ciddi şəkildə əməl edib onu həyata qaytaran addımlar atır:özünə təzə paltar alır,karaoke müsabiqəsində iştirak edir,dəniz sahilinə tətilə gedir.
Sesilia Ahern Avropa məhəbbət romanının yeni ulduzudur. Onun kitabları – super bestsellerləri təxminən əlli dilə tərcümə olunub. Debüt romanı olan “P.S. Mən səni sevirəm” satışa çıxan kimi Britaniya reytinqlərində “Da Vinçi şifrəsi”ni ötdü və Sesiliaya dünya şöhrəti qazandırdı. “P.S. Mən səni sevirəm” bestselleri sevginin ölümdən güclü olması haqqında müasir bir hekayədir.
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Cecilia Ahern
Səhifə sayı:
464
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 28
Zivər
Kitabın əsas mövzusu olan itki və onunla yaşamağı öyrənmək mənim üçün çox toxunulmaz və dərindən düşündürücü oldu. İnsan sevginin gücünü daha yaxşı anlayır.
Aysel
Kitabı rəfiqəmə hədiyyə etdim, çox xoşuna gəldi.
Almaz
Kitab yüksək keyfiyyətlidir və yaxşı qablaşdırılıb. Xüsusilə çatdırılma vaxtına həmişə əməl edirlər. Çox sağ olun.
Əminə Ağayeva
Bu kitabda sevgi sanki bir qəhrəman kimi təsvir olunub. Hekayə çox təsirli və real idi. Çox bəyəndim!
Lamiyə Əkbərova
Heyranlıqla oxuduğum bir əsər oldu. 👍❤️
Esmira
Kitablarımı həmişə sizdən sifariş edirəm. Keyfiyyətli, sürətli və etibarlı xidmət göstərirlər.
Fidan
Ecazkar bir əsərdir ❤️👍.
Ramilə Seyidova
Ali və Nino mağazasının xidmətinə hər zaman etibar edirəm. Kitablar yüksək keyfiyyətlidir və çatdırılma vaxtında həyata keçirilir.
Jalə Əliyeva
Həqiqətən oxumağa dəyər 👍.
Zaur
Bəyənərək oxudum
Aydan
Həyəcan dolu bir kitabdır 👍👍.
Mehriban
Sevərək, hiss edərək oxuduğum bir sevgi romanı oldu. Sizə də tövsiyə edirəm..
Tamella N.
Sevgi hekayəsi mənə romantik anlar yaşatdı və məni dərin düşüncələrə qərq etdi. Hər səhifəsi möhtəşəm idi.
Rufanə
Hollinin sevgisinə ölüm belə qalib gələ bilmir.🫶 Tesirli eşq hekayəsidir.
Turanə
Heyranlıqla oxuduğum bir əsər oldu. 👍👍👍👍❤️❤️❤️❤️❤️
Nazlı
Əsl sevgilərin hələdə var olduğuna inandırdı məni.❤️
Mədinə
Bu janr mənim ən çox sevdiyimdir. Hər bir sevgi hekayəsi mənə ilham verir və ürəyimdəki romantik duyğuları canlandırır. Bu kitabı da həvəslə oxudum, ona görə də sizə də tövsiyə edirəm.
M. Zəhra
Çox maraqlı əsərdir, oxumaqdan böyük zövq aldım. Sevgi romanı oxumağı sevən hər kəsə tövsiyə edirəm. Oxumağa dəyər.
Türkan
Hekayə çox təsirli və maraqlı idi. Kitabı əlimdən qoymadan bir nəfəsə oxudum.
Dilbər
Çox sürətlə sifarişlərimi yerinə yetirdiniz. Kitablarım təmiz və mükəmməl vəziyyətdə idi.
Turanə Hüseynli
Əsəri o qədər bəyəndim ki, oxuduqca yaşadığım hissləri hansı sözlər ilə ifadə edim bilmirəm. Sevginin bu qədər güclü təsvir olunduğu başqa bir əsər oxumamışam. Həqiqətən oxumağa dəyər. 👍❤️♥️👍
Səfərli Lamiyə
Çox maraqlı və təsirli sevgi romanıdır. Qəhrəmanların hissləri o qədər güclü təsvir olunub ki, oxuduqca bunu hiss etməmək mümkün deyil. 👍👍👍👍👍❤️❤️❤️❤️
Gülşən
Son zamanlarda oxuduğum ən maraqlı, ən canlı, ən mükəmməl sevgi romanlarından biri bəlkə də birincisidir. ♥️♥️♥️♥️♥️
Ramilə
Bu sevgi romanı məni tamamilə özünə cəlb etdi. Müəllifin eşqin təsvirləri və hekayənin dərinliyi məni hər səhifədə daha da təsir etdi. Ən maraqlı kitabdır.
Gülər Əhlimanova
Ölümün belə ayıra bilmədiyi biri-birini dəlicəsinə sevən iki aşiqin məhəbbət hekayəsidir. Nəfəs-nəfəsə oxudum mən. Qadının ərinə olan sevgisi əsl sevginin var olduğuna inandırdı məni.
İradə Akifli
Sevgi romanı məni həqiqətən də hisslərimə dəyər verməyi, onları anlamağı öyrətdi. Həyatda ən vacib olanları dəyərləndirmək üçün məni düşündürdü. Bu təsirli romanı hər kəsə tövsiyə edirəm..
Zəhra Adilli
Heyrətamiz sevgi romandır. Belə sevgilərin qarşısında sadəcə baş əyirəm.
Aybəniz Visadiqızı
Romantik məhəbbət hekayəsidir. Qadının dünyasını dəyişmiş ərinə olan sevgisi gözlərimi yaşartdı.