Bakı neft milyonçusunun xəstə oğlu atasının izni ilə süd qardaşı Əli bəylə birlikdə yay tətilini onların kəndində – Qafqazın uzaq bir dağ aulunda keçirməyə gedir. Yeniyetmələr qoca bir xədimin müşayiəti ilə qədim bir dünyaya, cəngavərliyin hakimiyyətdən, şairliyin zadəganlıqdan üstün tutulduğu dağlar diyarı Dağıstana yola düşürlər…
Bu, Əsəd Bəyin ikinci kitabıdır. İngilis dilində ilk dəfə 1931-ci ildə çap olunmuş əsərdə müəllif öz gördüklərinə və Şərq təsəvvürlərinə əsaslanaraq Qafqazın nəhəng mənzərəsini yaradır, onun xalqları və adət-ənənələri haqqında geniş məlumat verir. Bəzən, hətta elmi dəqiqliyi iddia etməsə də, təsirli bir dillə bu diyarın nəinki on iki sirrini, min bir sirrini də açır. Tez-tez təxəyyülünün gücü ilə, qəlbinin və ruhunun cazibəsi ilə ömründən keçən günlərini canlandırır, bir vaxt uşaq kimi yaşadıqlarını, sevdiklərini səhifələrə köçürür, zəngin bədii detallarla oxucu marağını əsir edən etnoqrafik “yol xəritələri” cızır.
ISBN:
9789952268096
Janr:
Klassika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Əsəd Bəy
Səhifə sayı:
308
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 4
Axşamlar qəhvə içın və kitab oxuyun! Mənim ən çox dincəldiyim andır. Bunun kimi rahatlıq yoxdur. 📖☕👍🏻 Hal hazırda işdən yorğun gələnlənlərə məsləhət görürəm, sınayın bu metodu.
Oxumağa dəyər əsərdir, hər kəsə tövsiyə edirəm.
Yazılar çox aydındır, elə bil ekranda oxuyuram. Gözlərim dincəlir, heç narahatlıq yoxdu.
Bu dəfə Ali və Nino məni həqiqətən təəccübləndirdi. Sifariş etdiyim kitablar cəmi 1 gün ərzində Gəncəyə çatdırıldı. Bu mağazanın sürətli çatdırılma xidməti məni çox razı saldı. Artıq növbəti sifarişlərim üçün də mütləq bu mağazanı seçəcəm.
Bənzər məhsullar
Bununla birlikdə alırlar