Nik Vuyiçiç – Dünyaca məşhur şəxsi inkişaf və motivasiya ustası, bestseller kitablar müəllifi. Fiziki məhdudiyyətlə doğulmağına baxmayaraq, iki ali təhsil alıb, qolf oynayır, dənizdə üzür, sörfinqlə məşğul olur, kompüterdə yazır, bir sözlə, dolğun həyat yaşamağı bacarır. Kitabları və çıxışları sayəsində milyonlarla insanın ümid mənbəyi olmuşdur. Xoşbəxt ailəsi var, dörd uşaq atasıdır. SƏNƏ NƏ MANE OLUR? QARŞISIALINMAZ OLMAĞA HAZIRSANMI? “Qarşısıalınmaz” kitabında Nik gündəlik həyatda tez-tez qarşılaşdığımız aşağıdakı problem və çətinliklərdən danışır: • Şəxsi böhran • Qarşılıqlı münasibət məsələləri • Peşə və işlə bağlı çətinliklər • Sağlamlıq və fiziki qüsurlarla bağlı narahatlıqlar • İnsanlara necə əl tutmalı və yardım etməli • Bədənimizdə, ağlımızda, ürəyimizdə və ruhumuzda tarazlığa nail olmaq Bu kitabda Nik öz təcrübə və müşahidələrini paylaşaraq bir insanın necə inanılmaz dərəcədə gözəl həyat qurub qarşısıalınmaz bir şəxsə çevrilə biləcəyini izah edir.
ISBN:
9789952525045
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Nik Vuyiçiç
Səhifə sayı:
328
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 7
Belə bir şəxsin etdiklərini oxuduqca insanın necə qarşısıalınmaz bir varlıq olduğunu anlayırsan
Həyata dair yeni perspektivlər qazandıran və dərin düşüncələrə dalmağa səbəb olan möhtəşəm bir əsər.
Özünü inkişaf etdirmək istəyən hər kəs üçün bu kitab vacibdir. Müəllif çox yaxşı iş çıxarıb.
Kitabda həyatın çətinliklərinə necə müqavimət göstərdiyi və neqativlərin öhdəsindən gələrək həyatı necə qəbul etdiyi barədə şəxsi hekayə var. Vuyichic maneələrlə dolu bir həyat yaşasa da, ümid, qətiyyət və daxili gücün öhdəsindən necə gəldiyini izah edərək oxucuları ruhlandırır. Kitab maneələri dəf etmək, yaşamaqdan sevinc tapmaq və daxili gücü kəşf etmək üçün cəlbedici təlimatlar təklif edir.
Əsrarəngiz kitabdır.Tam tamına motivasiya verən kitab.İnsanı həyata bağlayan,yenidən güc verən möhtəşəm əsərdir.Məncə müasir dövrdə hər kəs bu kitabı oxumalıdır
Bu kitabı oxuduqca biz insanlarin nəqədər guclu olduğunu bir daha anladım.Eslinde istəsək hər bir çətinliyin öhdəsindən gələ bilərik.Menim üçün motivasiya oldu bu kitab.Tesekkur edirəm sizə.
Qolları və ayaqları olmayan bir adamın həyata necə tutunduğunu biləndən sonra bütün bəhanələr sizdən utanacaq.
Bənzər məhsullar
Bununla birlikdə alırlar