“Qəlblərin kəşfi” mövzusu baxımından mistik bir əsərdir. Məzmun baxımından qəlbləri həssas İslam həyatına yönəltməyi və orada saf İslami həyatı yaşamağı hədəfləyən bir əsərdir. Təsəvvüf qəlblə məşğul olan bir elmdir. Məlumdur ki, qəlb necədirsə, zahiri üzvlər və həyat da ona uyğun bir mənzərə təqdim edir.
Kitab islam psixologiyasına dair ən mühüm mənəvi abidələrdən biridir. Sosial mühitin mahiyyətinə və mümkün təsirlərinə xüsusi diqqət yetirir. Ən başlıcası, həyatımız üçün həlledici əhəmiyyət kəsb edən fərdi davranışların incə mənəvi motivlərini dərindən araşdırır. İslam dini və sufizm ilə maraqlanan mütəxəssislər və ümumən, geniş oxucu kütləsi üçün əvəzolunmaz mənbədir. Oxuduqca doğrudan da mahir qəlb bilicisi olan bir müəllifin qələmindən çıxdığı hiss olunur. İslam dininin böyük əhəmiyyət kəsb edən problemlərini göstərir, onun həlli yollarını araşdırır.