Göygöl rayonunun mərkəzində yerləşən estetikliyi ilə hər kəsi məftun edən böyük və əzəmətli malikanəyə camaat “Qırmızı damlı malikanə” deyirdi. Malikanə qədər onun sakinləri də daim maraq dairəsində olur, həyat tərzləri insanların dilindən düşmürdü.
Bir gün malikanədə qonaqlıq təşkil olunur. Həmin gün malikanənin sahibi Vasif Əsədovun kabinetində onunla arasında ədavəti olan və illərdir Londonda yaşayan qardaşının meyitini tapırlar. Bütün şübhə oxları dərhal ev sakinlərinə yönəlir. Qətli törətmək üçün hərə özünə görə ən azı bir səbəbə malik olur. Ancaq heç kəs qurbanın boğulduğu ulduzlu boyunbağıdan və cinayətin işlənmə şəklindən baş aça bilmir. Cinayətkarı tapmaqda çətinlik yarandığına görə rayon prokuroru təqaüddə olan məşhur polis Araz Qarayevə müraciət edir. Vəziyyət isə gündən-günə ağırlaşmaqda davam edir.
Qurbanın qardaşı Vasif həmin cinayətə görə həbs olunanda hər kəs günahkarın tapıldığını düşünür. Ancaq ortalığa çökən sakitlik çox keçmədən dəhşətli ölüm xəbərləri ilə pozulur. Baş verən hadisələr daha da qarışaraq kor düyünə çevrilir. İnsanlar qatili axtarmağa başlayır. Hətta qatilin özü belə…
Qırmızı damlı malikanədəki qansız qatil kimdir? Araz xüsusi peşəkarlıqla kamuflyaj olan qatili tapa biləcəkmi?
“Əsər oxucunu özünə o qədər cəlb edir ki, səhifələr vərəqləndikcə maraq artmaqla yanaşı, insanın ürəyinin ritmi də tezləşir”.
Janr:
Dedektiv
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Bərk
Müəllif:
Natiq Əliyev
Səhifə sayı:
448
Dil:
Azərbaycan
Метка:
Ekspress
Çəki, g:
500
Məhsul haqqında rəylər 19
Mətanət Orucova
30.06.2024 в 12:35
Kitabı alan günün səhəri bitirdim. Çox həyəcanlı idi. Hər səhifədə insanı başqa bir şübhəyə salır. Sonluğun belə olacağını heç gözləmirdim
Əli
27.06.2024 в 11:39
cox maraqlidir 👍🏻
GuluzADA
27.06.2024 в 11:31
Bu yaşda belə kitab yazmaq böyük istedad tələb edir👍
Elman
27.06.2024 в 11:29
Bir sözlə MÖHTƏŞƏM😍
M.E
27.06.2024 в 11:27
Ölkəmizdə belə istedadlı gəncləri görmək çox qürurvericidir. Kitab olduqca maraqlıdır, bitirdikdən sonra belə uzun müddət kitabın təsiri altından çıxmaq olmur. Hər kəsə tövsiyyə edirəm, belə kitabların davamını səbrsizliklə gözləyirik👍🏿
Mehemmed
26.06.2024 в 10:07
Yazicinin tesvir qabiliyyeti cox gözeldir, sanki hadiseler her biri insanin gozunun onunde bas verir ve her kesi teeccublendirecek gozlenilmez sonluq, cox xosuma geldi👍🏻
Məmmədova Nərgiz
26.06.2024 в 10:02
Müəllif hər şeyi o qədər mükəmməl şəkildə hazırlayıb ki oxucuya qalan sadəcə heyrətlənməkdir. Bu kitabı yazanın savadlı bir gənc, Azərbaycan Tibb Universitetinin tələbəsi olduğunu bilmək bir müəllim kimi məni çox qürurlandırdı. Əhsən Sizə !
Elcan
26.06.2024 в 00:06
Mükəmməliyi ilə hər səhifəsini , sətirini yaşayırmışsan kimi hiss elətdirən kitabb, alın aldırın , burdan gənc yazıçımız Natiq Əliyevə bol uğurlar diləyirəmm
Selcan
26.06.2024 в 00:02
Detektiv kitablar arasında ilk sıraya düşəcək dərəcədə mükəmməl bir kitab…Hər səhifəsini oxuduqca insanın içinə yeni bir şübhə düşür, daha sonra fikrindən əmin olduğunuz anda sonda qatil hər birinizi təəcübləndirəcək. Yazıçının uğurlarının və ən əsası kitablarının davamlı olması diləyi ilə✨
Rəsul
25.06.2024 в 23:55
Mən kitab oxumağı heç sevən birisi deyiləm. Dediktiflərə heç həvəsim yoxdur düzü. Mənim yacın dostum məni oxumağa məcbur elədi. Belə deyim normalda 80 sehifəlik bir kitabı 1 aya güclə qurtaran biri, bu kitabı bir günə bitirdim. Özümə inana bilmədim. Həqiqətəndə bu kitabı oxuyun oxutdurun . Çox əyləndim hər janrı özündə az-az cəmləmişdi. İnsanı elə bir başqa dünyaya atırdı. Bir ara özümü Araz dediktif olduğumu düşünürdüm və belə bir plot twist gözləmirdim. Kitabları mənə sevdirdin. Gələcək kitablarını gözləməkdəyəm. Uğurlar
Məsimov tahir
25.06.2024 в 23:45
Sonunu həqiqətən heç belə gözləmirdim hələdə təsirində çıxa bilməmişəm. Mütləq oxuyun əmin olun sərf etdiyiniz hər bir saniyəsinə dəyəcək
Nailə
25.06.2024 в 23:45
Mən qızıma almışdım. Özü dediktiv xəstəsidir və rəfində sayısız dediktiv kitablar var. Keçənlərdə bu kitabı gördüm üz qabığı çox cəlbedici gəlmişdi və qızımın bəyənəcəyini ümid edirdim. Təəssüf ki, arxasını oxumağa vaxtım olmadan aldım və qızımın nə reaksiya verəcəyinə əmin olmadım. Ancaq mənə çox axıcı, dilinin sadə və anlayışlı olduğunu və sonuna şok olub həmin yazıçının başqa kitabını istədi. Çox şad oldum özüm də həmin günü oxudum və bu qədər mükəmməl olmasına şok oldu. Çox təəssüf edirəm ki, yeganə kitabıdır. Burdan yazıçıya demək istərdim ki, yeni kitablarını qızım və mən çox səbirsizliklə gözləyirik .
Arzu
25.06.2024 в 23:42
Başdan sona insanın bütün diqqətini kitaba verməyə təşviq edir.Əla idi
arzu
25.06.2024 в 23:38
Bu kitab həqiqətən mən də bütün hissləri eyni anda hiss etməyin necə olduğunu anlamağıma səbəb oldu.Başdan sona qədər maraqla oxudum.Çox Mükəmməl idi
Aşurov İsmayıl
25.06.2024 в 23:36
Kitab insanı öz içinə çəkir və oxuduqca insanda maraq oyadır bir sözlə mötəşəm
Gojo
25.06.2024 в 23:35
Yazı tərzini aqataya bənzəttiyim bu yazıçının ilk kitabı olduğunu eşidəndə heyrətləndim ciddən həm duyğusallığı abartmadan oxucuya çattırması həmdə ortada çox mürəkkəb görünən cinayətin detallı izahı oxumağa dəyər kitab olduğunu göstərir
Satoru
25.06.2024 в 23:29
Çox sayda detektiviyə roman oxumağıma baxmayaraq içlərindən ən şaşırdığım bu oldu sonluğunun mənə nə hisslər keçirttiyini ifadə edə bilmərəm məncə ancaq kitabı oxuyan biri anlaya bilər hərkəsə məsləhət oxumağı qaçırtmayın
Xumar Qasımlı
25.06.2024 в 23:19
Kitab o qədər həyəcanlı idi ki, dünən almışdım. Birnəfəsə oxudum, yeni bitirdim. Təsirindən uzun müddət çıxa biləcəyimi düşünmürəm. Hər kəsə tövsiyyə edirəm. Sonunda qatili öyrənəndə şok keçirəcəksiniz
Xumar Qasımlı
25.06.2024 в 23:19
Kitab o qədər həyəcanlı idi ki, dünən almışdım. Birnəfəsə oxudum, yeni bitirdim. Təsirindən uzun müddət çıxa biləcəyimi düşünmürəm. Hər kəsə tövsiyyə edirəm. Sonunda qatili öyrənəndə şok keçirəcəksiniz