İqtisadçı Yanis Varufakis bu kitabında qızına məktublar yazaraq kapitalizmin təhlükələri barədə onu maarifləndirməyə çalışır. “Niyə bu qədər bərabərsizlik var?” – deyə Ziniya atasından soruşur. Varufakis bu sadə, amma dərin suallara cavab olaraq, iqtisadiyyatın və kapitalizmin nə olduğunu və nəyə görə təhlükəli sistemə çevrildiyini sadə, anlaşılan və nəvazişli məktublar vasitəsilə qızına izah edir. O, qızının uşaqlıq xatirələrindən, qədim və məşhur hekayələrdən – Edip, Faust, Frankenşteyn, Matriks kimi mif və əsərlərdən bəhrələnərək “Qızımla iqtisadiyyat söhbətləri” kitabını həm oxunaqlı, həm də düşündürücü əsərə çevirir. Amma heç zaman acı həqiqətlərdən qaçmır. Yunanıstanın sabiq maliyyə naziri olan Varufakis oxucuya iqtisadiyyatın niyə bu dövrün ən mühüm dramı olduğunu izah edir. Qızının zahirən sadə, amma mahiyyətcə mürəkkəb suallarına cavab verərkən, o, dünyamızdakı çətinlikləri açıq, dürüst və saf bir dillə izah edir və eyni zamanda, bizləri daha yaxşı bir dünya qurmağa ruhlandırır.
Janr:
İqtisadiyyat
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Yanis Varufakis
Səhifə sayı:
216
Dil:
Azərbaycan
Метка:
TEZLİKLƏ!
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar